ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun siyasi karyerası başa çatmaq üzrədir.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Bayden Netanyahunun günlərinin sayılı olduğuna inanır və onun vəzifəsinin bir neçə ay və ya İsrailin Qəzza zolağında hərbi əməliyyatının ilkin mərhələsinin sonuna qədər davam edəcəyini düşünür.
Politico qeyd edir ki, Bayden Netanyahu ilə şəxsi söhbətində baş nazir kimi gələcək perspektivlərini müzakirə edib.
Yeganə