Bayden G7 liderlərinin şam yeməyini erkən tərk edəcək

95

ABŞ prezidenti Co Bayden ABŞ-da milli borcla bağlı razılaşmanın əldə edilməsindəki çətinliklər fonunda G7 liderlərinin şam yeməyini erkən tərk etmək niyyətindədir.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi yazıb.

ABŞ Maliyyə Nazirliyi Konqresə göndərdiyi məktublarda xəbərdarlıq edir ki, qanunvericilər ona qədər borclanma limitlərinin genişləndirilməsinə icazə verməsələr, artıq iyunun 1-də ABŞ yəqin ki, öz borc öhdəliklərini tam yerinə yetirə bilməyəcək.

Agentliyin məlumatına görə, mayın 19-u axşam ABŞ prezidenti üçün respublikaçılarla borcun tavanı üzrə danışıqlar məsələsi ilə bağlı brifinq keçiriləcək.

“Bayden həmçinin G7 liderlərinin şam yeməyini daha əvvəl tərk etməyi planlaşdırır”, – agentlik yazır.

Agentlik müxbiri Ağ Evin mətbuat mərkəzindən bildirib ki, Bayden əvvəlcə bir neçə saatlıq liderlərin şam yeməyində iştirak etməli idi, lakin indi daha tez getməyi planlaşdırır.

Yeganə