İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olmuşdur.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...





















Son şərhlər