"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Baş Prokurorluq 36 ermənini axtarışa verdi

17 Oktyabr 2022 - 19:36
in GÜNDƏM
FacebookVatsap

Oktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda, yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.
Elchi.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini hörmətlə yad ediblər.
Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, ehtiramlarını bildiriblər.
Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq, “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan olunub, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib.
Qırx dörd günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyinin, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.
Eyni zamanda, araşdırmalarla 3875 yaşayış evi və ya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 kvadratmetr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.
Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü-“mina terroru” ilə qarşı-qarşıya qaldığı bildirilməklə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilib.
Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirib, Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini vurğulayıb. Bildirib ki, mülki insanların hədəf alınması Ermənistanın hərbi-siyasi rəhbərliyinin ideoloji xəttinə çevrilib. Belə ki, 1918-ci ildə azərbaycanlıların qırğını, 1992-ci ildə Xocalı qətliamı, 1993-cü ildə Başlıbel faciəsi, həmçinin 2016-cı ildə Ermənistan tərəfindən endirilən raket zərbəsi nəticəsində bir yaşlı Zəhranın evinin həyətində qətlə yetirilməsi, Gəncə hadisələri ideoloji olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki insanları hədəfə götürmə siyasətinin bariz nümunəsidir. Ermənistanın hərbi-siyasi rəhbərliyi yüzə yaxın günahsız mülki insanın qətlə yetirilməsi və 500-ə yaxın insanın yaralanmasının mənəvi damğası ilə yaşayır. “Ümid edirik ki, qısa müddətdə bu mənəvi məsuliyyət hüquqi-siyasi məsuliyyətlə əvəz olunacaq. Bütün xarici beynəlxalq institutları bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırırıq”, – deyə Cavid Musayev diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirib.
Anım tədbirinin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Bunu da oxuyun

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Previous Post

Baş Prokurorluq 36 ermənini axtarışa verdi

Next Post

Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Bənzər yazılar

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında...

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Elchi.az xəbər verir ki, videoçarxda 8 Noyabrın Azərbaycan...

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 15:08

Azərbaycanın ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan 8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 6-da Baş...

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

06 Noyabr 2026 - 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak...

Next Post
Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Mişeldən Azərbaycan-Ermənistan sərhədi ilə bağlı tvit

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.