Banqladeşdə denq qızdırmasından 618 nəfər ölüb

122

Banqladeşdə son 24 saatda denq xəstəliyindən ölənlərin sayı 21 olmaqla, ilin əvvəlindən ölkə daxilində bu xəstəlikdən ölənlərin sayı 618-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DHGS) verdiyi açıqlamada, avqust ayında deng qızdırmasından 342 nəfərin öldüyü, 2023-cü ildə ümumi ölümlərin 618-ə yüksəldiyi ifadə edildi.
Açıqlamada, 24 saat ərzində ölənlərin 17-nin Dəkkədə baş verdiyi və paytaxtın deng qızdırmasının ən çox yayıldığı yer olduğu və ümumi ölənlərin sayının 456-ya çatdığı bildirilib.
DGHS sözçüsü Dr. Nazmul İslam açıqlamasında virusa yoluxmuş insanları xəstəxanaya “vaxtında” müraciət etməyə dəvət edib.

Nuranə Məmmədova