Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır.
Qurumdan Elchi.az-a verilən məluamata görə, agentliyin təqdim etdiyi vizualizasiyada Bakının İslam Səfərli küçəsinin avtomobillərsiz görüntüsü əks olunub.
Artıq bu küçənin piyada zonasına transformasiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ
Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, noyabrın 10-da gecə və səhər saatlarında bəzi dağlıq...





















Son şərhlər