Saxlanılan şəxs Lənkəran sakininin 19 kiloqram bananını oğurlayıb
Bakıda banan oğrusu tutulub.
Bakı şəhər BPİ-dən ANS PRESS-ə verilən məlumata görə, fevralın 3-də günorta saatlarında Lökbatan qəsəbəsində yerləşən topdan satış bazarında Lənkəran rayon sakini Laiq Hüseynova məxsus 19 kiloqram banan oğurlanıb.
Qaradağ RPİ Cinayət Axtarış Şöbəsi 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bananı oğurlamaqda şübhəli bilinən Samux rayon sakini 1976-cı il təvəllüdlü Mirhəşim Seyidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ANS PRESS