Bakıda İran vətəndaşı olan 8 yaşlı uşaq intihar edib.
APA xəbər verir ki, hadisə ötən gün Nəsimi rayonu N.Şahbazov küçəsində yerləşən evdə qeydə alınıb.
İran vətəndaşı olan 2014-cü il təvəllüdlü uşağın yaşadığı mənzildə özünü asdığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.