Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.
AZAL-dan Elchi.az-a verilən məlumata görə, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycana gətirib. Habelə pasportlara baxış keçirən zaman Serbiyanın saxta vizaları da aşkar edilib. Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
Bakıda qətl hadisəsi baş verib. Elchi.az-ın xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib. Məlumata görə,...





















Son şərhlər