"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Bakcell” “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir

19 Sentyabr 2018 - 17:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti növbəti dəfə “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” təşəbbüsünə qatılıb.

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. “Bilik günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar, www.asanmektub.az saytında öz arzularını yerləşdirmiş uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə “Bakcell” nümayəndələri və “ASAN Könüllüləri”n iştiraki ilə xüsusi tədbir təşkil edilib və aztəminatlı ailələrdən olan 50-dən çox 1-9 sinif şagirdinə məktəb çantası və ləvazimatları hədiyyə olaraq verilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. “Bakcell” şirkəti artıq 2 ildən çoxdur ki, bu layihəyə dəstək göstərir. Bu müddət ərzində “Bakcell”in dəstəyi ilə Bakı və Azərbaycanın bölgələrində (Lahic, Qəbələ, Şirvan, Neftçala) 500-ə yaxın uşağın arzusu gerçəkləşdirilib. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən reallaşdırılır. Layihənin mobil rabitə dəstəyi isə “Bakcell” şirkəti tərəfindən təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan “Bakcell” şirkəti uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqət göstərmək üçün davamlı şəkildə “ASAN Məktub” layihəsi və bu sahədə həyata keçirilən digər təşəbbüslərə dəstək göstərir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla, ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar. Press-relizlərlə www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsində tanış olmaq mümkündür.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

Previous Post

“Bakcell” “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir

Next Post

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Son xəbərlər

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26
Prezident Ladislau-Marius Vizeri təltif etdi

Prezident Ladislau-Marius Vizeri təltif etdi

03 Oktyabr 2026 - 10:16
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

03 Oktyabr 2026 - 10:12
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.