BƏƏ prezidenti: Enerji bazarlarında öz öhdəliklərinə sadiq qaldıqlarını deyir

45

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Mohammed bin Zayed Al Nahyan ölkəsinin qlobal enerji bazarlarında məsuliyyətə sadiqliyini vurğulayıb.
Elchi.az xəbər verir ki, bu barədə İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Zirvə toplantısındakı çıxışında Bin Zayed BƏƏ-nin enerji bazarlarına qarşı məsuliyyət roluna diqqət çəkib.
Ölkəsinin təmiz enerji sektorunda səylərini vurğulayan Bin Zayed qeyd edib ki, BƏƏ enerji bazarlarında öz məsuliyyətli roluna sadiq qalır.
BƏƏ-nin üzərinə götürdüyü rola uyğun olaraq dünyanın 40-dan çox ölkəsində təmiz enerji sahəsinə 50 milyard dollar sərmayə qoyduqlarını ifadə edən Bin Zayid, balanslaşdırılmış üsula sadiq qalaraq davamlı müvəffəqiyyətin əldə ediləcəyinə inandıqlarını dilə gətirdi. .
BƏƏ prezidenti Bin Zayed Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə əməkdaşlıq çərçivəsində az inkişaf etmiş ölkələrin davamlı enerjiyə çevrilməsini sürətləndirmək üçün təşəbbüsə başladıqlarını bildirib.
Qida təhlükəsizliyinə toxunan Bin Zayed ölkəsinin qida və dərman tədarük zəncirlərinin davamlılığını təmin etmək üçün hər cür səy göstərəcəyini bildirib.

Şayəstə