"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Azercell”: Bakı və Abşeronda mobil internetin sürəti 30% artacaq

30 Oktyabr 2021 - 16:29
in GÜNDƏM
FacebookVatsap

“Azercell Telekom” abunəçilərinin tələblərinə yüksək səviyyədə cavab vermək üçün ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini daha da genişləndirir.

Bunu da oxuyun

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

“Azercell Telekom”dan verilən məlumatda bildirilib ki, müasir zamanda mobil internetə olan əsas tələb – bağlantının sürətli və kəsintisiz olmasıdır. “Azercell Telekom” elə bu ehtiyacı əsas tutaraq Azərbaycan üzrə LTE şəbəkəsinin əhatə dairəsini getdikcə daha da artırır. Hazırda Azercell-in LTE şəbəkəsinin coğrafi baxımdan əhatə dairəsi ötən ilə nisbətən təxminən 7% daha artıqdır. Ümumilikdə 2021-ci ilin 9 ayı müddətində şirkətin quraşdırdığı yeni stansiyalarının fəaliyyəti nəticəsində LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 85.65%-ə, coğrafi əhatə dairəsi isə 74.3%-dək artıb. Xatırladaq ki, şirkətin ümumilikdə səs və mobil internet xidmətlərinin əhatəsi baxımından son göstəriciləri: ölkə ərazisi üzrə 94,25%, ölkə əhalisi üzrə isə 98,73% təşkil edir. Bütün bunlarla yanaşı, Azercell yaxın zamanda Bakı və Abşeronda internet tutumunu və sürətini daha 30% artırmağı planlaşdırır.

LTE şəbəkəsinin təkmilləşdirilməsi üzrə görülən işlər Azercell-in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, mobil internetin sürətinə də güclü təsir göstərib. Hazırda Bakı şəhərində ən yüksək sürətli LTE şəbəkəsi də məhz şirkətə aiddir. Bunu paytaxtda aparılan sürət testləri (Drive Test) dəfələrlə sübut edib. Son 3 il ərzində Azercell-in şəbəkəsi üzərindən endirmə sürəti 2.5 dəfə artıb. Belə ki, 2018-ci ildə Bakı və Abşeron yarımadası üzrə orta sürət bu sürət 19 Mbit/s təşkil edirdisə, ötən il 41 Mbit/s, bu il isə 51 Mbit/s olub. Lakin Azercell yalnız paytaxtda deyil, bütün ölkə üzrə abunəçilərini sürətli və keyfiyyətli mobil internetlə təmin edir. Hazırda Azercell-in LTE şəbəkəsi ilə 240 Mbit/s qədər endirmə (download), 95 Mbit/s qədər isə yükləmə (upload) sürəti əldə etmək mümkündür. Son 1 il ərzində Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminin də 1.7 dəfə artdığını xüsusilə qeyd etmək lazımdır. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin məhz LTE texnologiyası üzərindən daşınmasıdır. Bu da o deməkdir ki, bu sürətlə Ultra HD 4K keyfiyyətli videonu onlayn şəkildə heç bir kəsinti olmadan rahatlıqla izləmək mümkündür.

Mobil operator mütəmadi olaraq ölkə üzrə radio baza stansiyalara LTE texnologiyasını əlavə etməklə onların işini təkmilləşdirir, həmçinin öz şəbəkəsini daha keyfiyyətli, daha çox tutuma malik yeni texnologiyaların tətbiqinə hazırlayır. Bu məqsədlə təkcə 2021-ci ildə mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub, 246 sayda stansiyada təkmilləşdirmə işləri aparılıb, 150 stansiyanın isə ümumi internet tutumu artırılıb. 2021-ci ilin yanvar ayından bu günə kimi LTE texnologiyası üzərindən çalışan 76 ədəd yeni radio baza stansiya quraşdırılıb. Hazırda şirkət ölkə ərazisindəki ümumi olaraq 2846 stansiyası ilə abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir.

Azercell işğaldan azad olunmuş ərazilərimizdə də mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.

“Azercell Telekom”-un Bakı metropolitenində apardığı tədbirlər nəticəsində artıq metro sərnişinləri qatarın hərəkətdə olduğu zaman da internetsiz qalmırlar. İndiyədək Bakı metropoliteninin mövcud 24 stansiyası və 23 tunelində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün tunelləri Azercell LTE şəbəkəsi ilə əhatə ediləcək.

Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, bir çox keyfiyyət göstəricilərinə görə Azercell dünya üzrə yüksək nəticə göstərərək “Best in class” kateqoriyasına daxil olub.

“Azercell Telekom” MMC-nin əsas prioritet istiqamətlərindən biri abunəçilərini hər zaman keyfiyyətli mobil rabitə ilə təmin etməkdən ibarət olub. Azercell LTE şəbəkəsini təkmilləşdirməklə abunəçilərinə daim onlayn olmaq, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək imkanını yaradır.

Previous Post

“Azercell”: Bakı və Abşeronda mobil internetin sürəti 30% artacaq

Next Post

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Bənzər yazılar

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16

Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan və hələ də separatizm fəaliyyətini davam etdirən keçmiş qondarma rejimin “vəzifəli” şəxslərinin həbsinə hazırlaşır. Elchi.az...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...

Next Post
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Son xəbərlər

Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

09 Sentyabr 2026 - 12:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09 Sentyabr 2026 - 12:16
Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

09 Sentyabr 2026 - 12:10
Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

09 Sentyabr 2026 - 12:02
Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

09 Sentyabr 2026 - 11:53
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

09 Sentyabr 2026 - 11:45
Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

09 Sentyabr 2026 - 11:32
Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək

09 Sentyabr 2026 - 11:23
Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

09 Sentyabr 2026 - 11:16
Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09
Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

09 Sentyabr 2026 - 11:00
Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

09 Sentyabr 2026 - 10:51
Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44
Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

09 Sentyabr 2026 - 10:35
İsveç ölkəni tərk edən miqrantlara 36.000 dollar ödəyəcək

İsveç ölkəni tərk edən miqrantlara 36.000 dollar ödəyəcək

09 Sentyabr 2026 - 10:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.