AZAL Almatıya uçuşları bərpa edir

55

Azərbaycan Hava Yolları QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan Elchi.az-a verilən məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Reyslərə yalnız COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Azərbaycana giriş qaydaları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda AZAL-ın aşağı büdcəli törəməsi – “Buta Eyrveys” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.