"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Azərsu”: Qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib

11 İyun 2017 - 13:29
in GÜNDƏM, HADİSƏ, MANŞET
FacebookVatsap

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib.
“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, hadisə ilə əlaqədar “Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də “Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürmüş və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunub. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir.
“Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.
Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb..
“Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.

Bunu da oxuyun

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

Previous Post

“Azərsu”: Qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib

Next Post

Suriya TV-si dünyanın gözlədiyi xəbəri yaydı

Bənzər yazılar

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr 2026 - 13:09

Vətən müharibəsi başa çatandan bu günədək 438 nəfər mina və digər partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib. Elchi.az...

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: - Qüdrət bəy,...

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

08 Sentyabr 2026 - 09:57

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin təşəbbüsü ilə 3-5 sentyabr 2026-cı il...

Next Post

Suriya TV-si dünyanın gözlədiyi xəbəri yaydı

Suriya TV-si dünyanın gözlədiyi xəbəri yaydı

Son xəbərlər

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

Qarabağda 75-dən çox günəş enerjili baza stansiyası quraşdırılıb

08 Sentyabr 2026 - 15:42
Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

Azərbaycanın qeyri-neft ixracı 18%-ə yaxın artıb

08 Sentyabr 2026 - 15:30
Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

08 Sentyabr 2026 - 15:16
Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

08 Sentyabr 2026 - 15:12
Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

08 Sentyabr 2026 - 15:08
Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

Böyük Britaniya Ukraynaya “Patriot” raketləri göndərəcək

08 Sentyabr 2026 - 15:00
Ronaldo və Messi eyni komandada oynayacaq

Ronaldo və Messi eyni komandada oynayacaq

08 Sentyabr 2026 - 14:53
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

08 Sentyabr 2026 - 14:44
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

08 Sentyabr 2026 - 14:33
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər…

08 Sentyabr 2026 - 14:30
Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

Şagirdlərin 45 faizi kitablar çatışmayan məktəblərdə oxuyur

08 Sentyabr 2026 - 14:14
Dərsliklər üzərində işləyirik – Nazir

Dərsliklər üzərində işləyirik – Nazir

08 Sentyabr 2026 - 14:07
“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

“Rusiyanın de-dollarizasiya siyasəti yürütmək niyyəti yoxdur” – Peskov 

08 Sentyabr 2026 - 14:00
Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

Məktəblilərin əksəriyyəti dərsdən yayınır – RƏQƏMLƏR

08 Sentyabr 2026 - 13:52
DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

DİM sədri 2027-ci ilin imtanlarındakı dəyişiklikləri AÇIQLADI

08 Sentyabr 2026 - 13:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.