EN RU

Azərbaycanlı general vəfat etdi

Azərbaycanlı general vəfat etdi

Rusiyanın keçmiş ədliyyə generalı İlqar Qasımov vəfat edib.

Bunu da oxuyun

Elchi.az APA-ya istinadən xəbər verir ki, əvvəllər Rusiyanın ədliyyə orqanlarında işləmiş ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov mayın 13-də Bakıda dünyasını dəyişib.

Mərhum elə həmin gün Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Qohumlarının bildirdiyinə görə, ürək ağrılarından əziyyət çəkən İ. Qasımov bir müddət əvvəl Gürcüstanda açıq ürək əməliyyatı keçirib.

Qeyd edək ki, əslən Sabirabad rayonundan olan İlqar Qasımov 1961-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın ədliyyə orqanlarında çalışıb. İki övladı – bir oğlu, bir qızı var. Mərhumun vaxtilə məşhur teleaparıcı Nərgiz Cəlilova ilə evli olduğu bildirilir.

İ. Qasımovun ölümü barədə ilk olaraq modern.az saytı məlumat yayıb.

Bənzər yazılar

Sabahın hava proqnozu açıqlanıb

Sabah 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Elchi.az Milli Hidrometeorologiya...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com