Azərbaycan və Belarus şirkətləri arasında 55 mln. ABŞ dolları dəyərində müqavilələr imzalanıb.
“Belta” xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov bildirib.
“Ümumi məbləği təxminən 55 mln. dollar olan bir sıra müqavilələr imzalanıb. Yeni əlaqələr qurulur. Düşünürəm ki, yaxın bir neçə gün ərzində yeni müqavilələr barədə eşidəcəyik”, – Mixail Myatlikov bildirib.
Onun sözlərinə görə, əsas müqavilələr ağac emalı sektorunda bağlanıb. Bunlara faner (17,9 mln. dollar), taxta piltələr (14,4 mln. dollar), laminat döşəmə (7,4 mln. dollar), taxta-şalban (2,1 mln. dollar), yapışqan faner (5,3 mln. dollar), üçqat sellülozla üzlənmiş taxta (2,4 mln. dollar) tədarükü üzrə müqavilələr daxildir.
Digər aktual sahə qidadır. Quru süd məhsulları (2 mln. dollar), uşaq qidası və digər ixtisaslaşdırılmış məhsulların (1,2 mln. dollar) tədarükünə dair kommersiya müqavilələri imzalanıb.
Həmçinin, 1 mln. dollar dəyərində şüşə və büllur məmulatlarının tədarükünə dair müqavilə və Azərbaycan bazarına müxtəlif növ məhsulların tədarükü üçün bir sıra digər müqavilələr imzalanıb.
Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir
INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində Azərbaycan və Pakistanın 60-dan çox qadın sahibkarını, işgüzar dairələrin, dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələrini...





















Son şərhlər