"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

“Azərbaycanın çox ciddi qərarlar qəbul etməsinin zamanı gəlib çatıb” – Sərəncama ilginc şərh…

05 Fevral 2018 - 15:31
in SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev prezident seçkilərinin 6 ay qabağa çəkilərək 11 aprelə təyin edilməsi haqqında Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamı Moderator.az-a şərh edib:

“Sözün doğrusu, xatırlayırsınızsa vaxtilə elə sizin saytınıza verdiyim açıqlamada söyləmişdim ki, ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözləniləndir. Amma o zaman dərhal qərar qəbul olunmadı və indi seçkilərə 6 ay qalmış müddətdə belə bir qərar verildi. Düşünürəm ki, tək mən yox, bütün digər siyasətçilər və deputat həmkarlarımız da növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Xatırlyırsınızsa bununla bağlı parlamentdə də müəyyən fikirlər səsləndirildi. O zaman bu məsələni Zahid Oruc qaldırmışdı və mən də ona dəstək verdim ki, bu təklif normaldır və demokratik cəmiyyətdə bu cür fikirlər səsləndirilə bilər. O zaman Zahid Oruc fikrini onunla əsaslandırmışdı ki, bundan sonra prezident 7 ildən bir seçiləcəyi üçün 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Ona görə də prezident seçkilərini 6 ay öncə keçirmək olar ki, 2025-ci ildə hər iki seçki üst-üstə düşməsin. Düşünürəm ki, 6 ay öncə prezident seçkilərinin təyin edilməsinin səbəblərindən biri bu ola bilər.

Məncə ikinci səbəb Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durumdur. Bilirsiniz ki, münaqişənin həlli istiqamətindəki danışıqlar yenidən intensivləşib və Azərbaycan xalqı da bu problemin nəhayət həllini istəyir. Dağlıq Qarabağ münaqişəsində əsas oyunçular olan Ermənistan və Rusiyada da mart ayında seçkilər keçiriləcək. Yəni hakimiyyətin yenidən formalaşması prosesi baş verəcək. Bizdə isə seçkilər oktyabrda keçirilməliydi, yəni hökumnət hələ payıza qədər gözləmə mövqeyində durmalıydı. Çünki seçki ərəfəsi heç bir iqtidar, heç bir lider taleyüklü qərarlar qəbul etməyə risk etməz.
Düşünürəm ki, ortada başqa önəmli faktorlar da var və prezident bütün bunları nəzərə alaraq bu qərarı verib. Bilirsiniz ki, Qərbin müəyyən dairələri hər zaman Azərbaycandakı seçki öncəsi özünəməxsus şəkildə fəallıq nümayiş etdirirlər və sabitlyi pozmaq üçün hətta təxribatlara da əl atılma təşəbbüslərinə rəvac verirlər. Düşünürəm ki, seçkilərin 6 ay önə çəkliməsi Qərbin müəyyən dairlərinin bu planlarını da pozmağa hesablana bilər.
Başqa bir məqamı də görməzdən gələ bilmərik. Bəllidir ki, Rusiya-Amerika münasibətləri son dərəcə gərginləşib və Vaşinqton tərəfindən Rusiyanın demək olar ki, bütün siyasi elitası qara siyahıya salınıb. Hələlik adları elan olunan şəxslərə qarşı rəsmi qaydada sanksiya tətbiq olunmasa da bu xəbərin özü indidən Rusiya cəmiyyətini ciddi şəkildə silkələyib. Vaşinqtonda bir çox dairələr hələ də o iddiada qalırlar ki, Moskva Amerikadakı son seçkilərin nəticələrinə həlledici şəkildə təsir edəcək təxribatlara əl atıb. Ona görə də indi ABŞ-ın Rusiyadakı seçkilər zamanı da adekvat addımlar atacağı gözlənilir. Bu addımların nə dərəcədə ciddi və nəticələrə təsir edəcək səviyyədə olub-olmayacağını zaman göstərəcək. Amma əgər Amerika seçkilərdən sonra Rusiyada sabitlii pozmaq istiqamətində ciddi addımlar atacaqsa, Azərbaycanın böyük qonşusu kimi bu, ölkəmizə də sirayət edəcək. Ona görə də ola bilsin belə bir təhlükənin mövcudluğu da göz önünə alınıb.
Başqa bir önəmli faktor Türkiyənin cəlb olunduğu münaqişə və antiterror əməliyyatının gələcək taleyidir. Bilirsiniz ki, Türkiyə Azərbaycanın ən yaxın dostu və strateji müttəfiqidir. Türkiyə isə məhz Qərbin təxribatı ilə Suriyada çox ağır münaqişəyə cəlb olunub. Mən hər zaman söyləyirəm ki, müharibəni başlamaq asan, onu bitirmək çox çətin olur. Yəni Türkiyənin Suriyadakı antiterror əməliyyatları hara gətirib çıxaracaq və tezliklə sona çatıdırlması mümkün olacaqmı, Türkiyənin öz daxilində hansı proseslər baş verəcək, bunlar da diqqətçəkən məqamlardı. Çünki Türkiyə və Rusiya elə ölkələrdəndir ki, onların daxilində baş verən istənilən neqativ və pozitiv proseslər birbaşa Azzərbaycana da təsir edir. Etiraf etməliyik ki, Türkiyə Afrində böyük bir bataqlığa sürüklənib. Əlbəttə, Türkiyənin haqqı var ki, sərhədlərindəki terror yuvalarını dağıtsın və hər hansı terrorçu dövlətin qurulmasına imkan verməsin. Amma bu tipli taleyüklü məsələlər böyük dövlətlərlə razılaşılmadıqda xoşagəlməz sonuclana da bilir. Vaxtilə Türkiyənin Kiprə müdaxiləsi zamanı bu məsələ Böyük Britaniya ilə tam razılaşdırıldıqdan sonra əməliyyatlara başlanıldı və Bülənt Ecevit Türkiyə üçün uğurlu bir sonluq əldə edə bildi. Amma böyük güclərlə hesablaşmamaq çox ciddi mənfi nəticələr də doğura bilir. Ona görə də Türkiyədə də daxili və xarici proseslərin necə inkişaf edəcəyi sonadək bəlli deyil. Bu baxımdan düşünürəm ki, bütün bu faktorlar nəzərə alınaraq belə bir qərar verilib.
Bir daha deyirəm ki, bütün faktorların mövcudluğu ortada olsa da Qarabağ münaqişəsinin həllindəki son vəziyyətin mürəkkəbliyi bu amillərin hamısını qabaqlayır. Artıq zaman yetişib ki, Azərbaycan taleyüklü qərarlar qəbul etsin. Biz hər zaman söyləyirik ki, Şuşaya, Qarabağa qayıdacağıq. Bəs nə zaman? Biz daha 25 ildəmi gözləməliyik? Yaxud yüz ildən sonra bunun reallaşacağına ümid etməliyik? Bunu bizmi, yoxsa gələcək nəsillərmi edəcək? Nəhayət, xalqa bu barədə qaneedici məlumat verilməlidir. Yaxud biz deyirik ki, hökmən Qarabağa qayıdacağıq, bəs kimin rəhbərliyi ilə qayıdacağımızı deyirikmi? Yəni istənilən iqtidar xalqa deməlidir ki, bu işi məhz onun özü görəcək, yaxud yüz ildən sonrakı nəsillər bizi Qarabağa qaytaracaq. Yəni bu sualın da cavabı olmalıdır. Düşünürəm ki, iqtidar da bu həqiqətlərin fərqindədir. Bilisiniz ki, indi Azərbaycanı təslimçi sülhə məcbur edirlər. Müşahidə missiyasının genişləndirilməsi təklifləri Azərbaycan qarşı qəsddir. Onda belə çıxır ki, aprel savaşından ən çox faydalanan Ermənistan olur. Yəni Ermənistan son hərbi əməliyyatlar zamanı işğalda saxladığı müəyyən ərazini itirsə də, işğal altındakı digər torpaqlarda təhlükəsizliyini təmin etmiş olacaq. Mən zaman-zaman söyləyirdim ki, biz hər gün işğalçıya ağır zərbə vurmalıyıq. Hər gün işğalçı əsgərləri Qarabağda öldürməliyik ki, Ermənistanda da bu işğalın onlara bədbəxtlik və itkidən başqa heç nə verməyəcəyini anlayanların sayı çoxalsın və onlar öz hakimiyyətlərini bu işğala son qoymağa təhrik etsinlər. Ona görə də indi təklif edilən şərtlər altında təmas xəttində sabitlik təmin olunacaqsa, bu Ermənistanın böyük qələbəsi olacaq. Belə çıxacaq ki, Aprel savaşı zamanı əldə edilən hərbi qələbələri biz diplomatik sahədə uduzuruq və Ermənistan bundan daha çox faydalanır. Buna görə də Azərbaycanın çox ciddi qərarlar qəbul etməsinin zamanı gəlib çatıb. Belə bir qərarı qəbul etmək üçün də seçkilərin 6 ay qabağa çəkilməsi başadüşüləındir”.
Previous Post

“Azərbaycanın çox ciddi qərarlar qəbul etməsinin zamanı gəlib çatıb” – Sərəncama ilginc şərh…

Next Post

“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli cinayətin təfərrüatı

Bənzər yazılar

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki,...

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən,...

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki,...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...

Next Post
“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli  cinayətin təfərrüatı

“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli cinayətin təfərrüatı

“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli  cinayətin təfərrüatı

“Sənə görə biabır olmuşam” deyib öldürdü – Dəhşətli cinayətin təfərrüatı

Son xəbərlər

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

28 Sentyabr 2026 - 12:04
Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb

28 Sentyabr 2026 - 11:53
Tənhalıq ömrü 6 il azalda bilər

Tənhalıq ömrü 6 il azalda bilər

28 Sentyabr 2026 - 11:43
“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

28 Sentyabr 2026 - 11:13
DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

28 Sentyabr 2026 - 11:06
“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55
Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

Bir qrup prokurorluq əməkdaşı təltif edilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:41
Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Prokurorluğun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

28 Sentyabr 2026 - 10:33
FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

FHN: İmişli Şəkər Zavodunun anbarında yanğın baş verib

28 Sentyabr 2026 - 10:00
FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

FHN: Ötən həftə 469 yanğına çıxış olub – VİDEO

28 Sentyabr 2026 - 09:48
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Sentyabr 2026 - 09:37
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz olmayacaq

28 Sentyabr 2026 - 09:26
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

28 Sentyabr 2026 - 09:18
FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.