"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanda yüksək vəzifəlilər arasında xarici kəşfiyyata işləyənlər var

02 Avqust 2014 - 09:43
in SİYASƏT
FacebookVatsap

İlham İsmayıl: “SSRİ dövründə Azərbaycanda təhsil almış Afrika ölkələrindən olan tələbələri img1508759perspektivdə prezident də ediblər…”

Türkiyə üzərində xarici ölkələrin kəşfiyyat xidmətlərinin təsiri ilə bağlı növbəti qalmaqallı iddia ortaya atılıb. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Antiterror Mərkəzinin sabiq rəisi Məmməd Eymür son 50 il ərzində ölkənin idarə olunmasında xarici kəşfiyyatın rolu ilə bağlı qalmaqallı açıqlamalar verib.
Publika.az-ın məlumatına görə, M.Eymür deyib ki, hazırda xarici dövlətlərin kəşfiyyatçıları Türkiyədə “at oynadır”. Onun sözlərinə görə, 1950-ci ildən bəri keçən 50 il ərzində Türkiyəni türklər idarə etməyib. Türkiyənin həssas bölgədə yerləşdiyini qeyd edən keçmiş kəşfiyyatçı başda ABŞ olmaqla, Rusiya, Almaniya, İngiltərə, İsrail və digər ölkələrin kəşfiyyatının Türkiyəni idarə edən şəxslərə də təsirinin olduğunu deyib. Hətta Türkiyəni idarə edəcək şəxslərin təyin olunmasında xarici kəşfiyyatın iştirak etdiyini bildirib: “İndi də başda ABŞ olmaqla, Rusiya, İngiltərə, İsrail və digər ölkələr bizi rahat buraxmır. Türkiyədə xarici ölkə agentləri ”at oynadır”. Bu agentlər daha çox səfirliklərdə olur. Bundan əlavə, hava yolları və turizm şirkətlərində, media orqanlarında və digər sahələrdə də agentlər var. Onların çoxu Rusiyaya məxsusdur”.
M.Eymür bildirib ki, daha əvvəl olduğu kimi indi də MİT-in içində ABŞ (MKİ), İsrail (MOSSAD) və Almaniya (BND) xüsusi xidmət orqanlarına çalışan şəxslər var: “Xarici məxfi və xüsusi xidmət orqanları MİT-in əməkdaşlarını, adətən, bu cür yollarla ələ alırlar. Məsələn, MKİ maliyyə büdcəsi olduqca böyük olan xüsusi xidmət orqanı olduğu üçün MİT-in hansısa əməkdaşının övladını öz hesabına ABŞ-da təhsil aldırır və beləliklə də, o tələbə MKİ-nin agentinə çevrilir. Əksər hallarda isə bu cür şəxslər MKİ kimi güclü bir kəşfiyyat orqanına simpatiyası olduğu üçün bu quruma könüllü çalışmağa razılıq verir. Keçmişdə buna oxşar bir hadisə baş verib. Belə ki, Sabahattin Savaşman adlı MİT agenti ABŞ-a çalışırdı. Daha sonra mənim rəhbəri olduğum qrup onu ifşa etmişdi”.
Qeyd edək ki, M.Eymür Türkiyədə zaman-zaman kəşfiyyatla bağlı qalmaqallı iddiaları ilə gündəmə gəlib. Uzun illər MİT-də çalışmış bu şəxsin bir sıra fikirləri ciddi müzakirələrə səbəb olub. Mübahisəli sayılsa da, MİT-in keçmiş rəsmisinin bu açıqlamalarında müəyyən həqiqət payı olmamış deyil. Türkiyə kimi bölgənin əhəmiyyətli ölkəsində xarici kəşfiyyatın fəaliyyətləri ilə bağlı zaman-zaman fərqli mənbələrdən iddialar ortaya atılıb.
Yeri gəlmişkən, bir neçə il əvvəl Qərb mediasında xarici ölkə kəşfiyyatlarının Azərbaycanda fəaliyyətinə həsr olunmuş geniş məqalə dərc olunmuşdu. Məqalədə Bakı İkinci Dünya müharibəsi zamanı Kasablanka şəhəri ilə müqayisə olunaraq kəşfiyyatın “qaynadığı” şəhər kimi təqdim edilmişdi. Azərbaycanda ABŞ, İsrail, Avropa ölkələri, Rusiya, İran və digər ölkələrin kəşfiyyatçı agentlərin fəaliyyət göstərdiyinin qeyd olunduğu məqalə həmin vaxt böyük rezonans doğurmuşdu.
Sabiq MTN zabiti, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, kəşfiyyatın xarici ölkələrdəki fəaliyyəti bir sıra istiqamətlər üzərindən olur: “Bunun ən geniş yayılmış forması ənənəvi casusluq, xəbər toplamadır. Ancaq dövlətlərin daxili işlərinə təsir etmək artıq başqa bir fəaliyyətdir. Kəşfiyyat hər zaman var. Amma biri var, kəşfiyyat gizli şəkildə informasiya ötürür, biri də var ki, kəşfiyyat idarə edir. Yəni hökumətin özünü hansısa informasiyalara, qərarlara təsir göstərir. Bu tamam başqa bir şeydir. Casusluq fəaliyyəti kəşfiyyatın bir hissəsidir və bütün dünyada bu, bir norma kimi qəbul olunub”.
İlham İsmayılın sözlərinə görə, kəşfiyyatın ələ aldığı adamların dövlətin mühüm nöqtələrinə yerləşdirilməsi və bununla da xarici kəşfiyyatın dövlətin işinə təsir etməsi təcrübəsi mövcuddur. Azərbaycanda da bunun mümkün olduğunu qeyd edən sabiq təhlükəsizlik zabiti belə adamları müşahidə etməyin mümkün olduğunu deyir: “Xarici kəşfiyyatın ələ aldığı adamlar dövlətin hansısa yüksək postlarına yerləşdirilir və ya bu postlarda olanlar müxtəlif vasitələrlə ələ alınaraq onlar vasitəsilə dövlətin idarə olunmasına təsir edirlər. Azərbaycanda da bu mümkündür və onun işartıları hiss olunur. Mən konkret ad çəkmirəm. Ancaq kimsə hansısa dövlətin maraqlarına uyğun addımlar atanda, qərarlar qəbul edəndə və danışanda hiss edirsən ki, bu adam elə belə yox, müəyyən bir xətlə gəlib buralara çıxıb. Və burda hansısa ölkənin xəttini aparır. Hətta sovet dönəmində bu üsuldan geniş şəkildə istifadə olunub. Sovet kəşfiyyatının belə deyilsə xarakterik xüsusiyyətlərindən biri də o idi ki, perspektivli gəncləri yetişdirir və onların sonradan dövlətin müəyyən strukturlarında yüksək vəzifələrə qədər gedib çıxmasına dəstək verirdi. Bir çox hallarda vəzifəli şəxslərin övladlarını ”verbovat” edirdilər, kəşfiyyatla əməkdaşlığa cəlb edirdilər. Çünki aydın idi ki, vəzifəli şəxs öz övladını böyüdəcək, yaxşı universitetdə oxudacaq, sonra diplomatiya və ya dövlət idarəçiliyi xəttində işə qoyacaq və inkişaf etdirəcək. Belə şeylər olub”.
İ.İsmayıl hesab edir ki, bu cür adamlar adətən, ifşa olunmur: “Çünki bu adamlar o dərəcədə təsirə malik olurlar ki, onların xarici kəşfiyyata bağlı olduğunu bilirlər, amma hesablaşmağa məcbur olurlar. Onlar agent hesab olunmurlar, daha çox yetişdirildikləri dövlətin maraqlarına xidmət edirlər. Türkiyə indiyədək dövlət strukturuna yerləşdirilmiş adamlar ifşa olunubmu? Xeyr. Çünki bilirlər ki, kimsə Amerika, kimsə Avropa xəttini yeridir. Kimsə solçudur və sair. Bu kimi məsələlər var. Amma həm də bu adamlarla bağlı konkret casusluq fəaliyyəti ifşa olunmayana qədər onları casus adlandırmaq mümkün deyil. Misal üçün, bu gün Qərb demokratiyasını təbliğ edən və Amerikaya simpatiyası olan adamı ABŞ casusu elan etmək olmaz, eyni zamanda sol ideyalara bağlı və Rusiyaya simpatiya bəsləyən insanları da Rusiya agenti adlandırmaq olmaz. Ancaq ümumilikdə tarix boyu bu cür ələ almalar, ”verbovka” və adam yerləşdirmə, bunun vasitəsilə də dövlətə təsir etmək faktları olub və davam edir. SSRİ dövründə Azərbaycanda təhsil almış Afrika ölkələrindən olan tələbələri perspektivdə prezident də ediblər. Belə faktlar da olub. Azərbaycan kimi ölkədə də bu cür hallar mümkündür”.
KƏNAN

 

Bunu da oxuyun

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Prezident Belçika Kralını təbrik edib

Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Previous Post

Azərbaycanda yüksək vəzifəlilər arasında xarici kəşfiyyata işləyənlər var

Next Post

Əsgərlərimiz öləndə Zakir Həsənov Bodrumda istirahətdə olub

Bənzər yazılar

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

21 İyul 2026 - 11:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib. Bu...

Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10

Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə...

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

21 İyul 2026 - 09:56

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48

Türklər də yunanlar kimi Kiprin bərabərhüquqlu sahibidirlər və Kipr heç vaxt yunan adası olmayacaq. Elchi.az xəbər verir ki, bunu Türkiyənin...

Next Post

Əsgərlərimiz öləndə Zakir Həsənov Bodrumda istirahətdə olub

Əsgərlərimiz öləndə Zakir Həsənov Bodrumda istirahətdə olub

Son xəbərlər

“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21 İyul 2026 - 11:55
Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

Nazirlik xəstəxananın zirzəmisində ölü döl tapıldığı barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 11:47
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

21 İyul 2026 - 11:43
Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

Qayana sahillərində bərə qəzasında ölənlərin sayı 27-yə çatıb

21 İyul 2026 - 11:33
Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26
Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 11:15
Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

21 İyul 2026 - 11:12
Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

21 İyul 2026 - 11:11
Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10
Yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb – SİYAHI

Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb

21 İyul 2026 - 11:03
Messi Argentina millisi ilə vidalaşıb

Messi Argentina millisi ilə vidalaşıb

21 İyul 2026 - 10:55
Trampa İranla yeni bir barışıq təklif olunub

Trampa İranla yeni bir barışıq təklif olunub

21 İyul 2026 - 10:50
Kolumbiya Prezidenti Petro “İsrail” vədinə reaksiya verdi

Kolumbiya Prezidenti Petro “İsrail” vədinə reaksiya verdi

21 İyul 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.