"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycanda yeni agentlik yaradılır – Fərman

16 Oktyabr 2019 - 18:56
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Elchi.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçiriləcək.

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834) aşağıdakı dəyişikliklər edilir:

– 7-ci hissə ləğv edilsin;

– həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu”nun 3-cü hissəsində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin;

– həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:

4.3.1. 1-ci hissəyə, 7.6-cı, 7.11-ci, 8.2-ci, 8.53-cü, 8.67-ci və 18.5-ci bəndlərə “borcunun” sözündən sonra “və maliyyə öhdəliklərinin” sözləri əlavə edilsin;

4.3.2. 8.30-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.30. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək;”;

4.3.3. aşağıdakı məzmunda 8.31-2-ci və 8.31-3-cü bəndlər əlavə edilsin:

“8.31-2. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək;

8.31-3. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək;”;

– 8.33-cü bəndə “aparılmasını,” sözündən sonra “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin və” sözləri əlavə edilsin, habelə həmin bənddə “Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin;

– aşağıdakı məzmunda 8.34-1-ci bənd əlavə edilsin:

“8.34-1. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək;”;

– 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

“10. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir;

– 11-ci və 26-cı hissələr ləğv edilsin;

– 18.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

– müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;”;

– 18.7-ci bəndə “tabeliyində olan digər qurumların” sözlərindən sonra “(Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 39-1-ci hissəsində “Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin” sözləri “Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin” sözləri ilə əvəz edilir.

Previous Post

Azərbaycanda yeni agentlik yaradılır – Fərman

Next Post

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post
Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz və qeydiyyatsız yaşayan 19 əcnəbi aşkarlanıb

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.