Azərbaycanda pul bazası ötən ay 60 milyon manat artıb

12

Azərbaycanda pul bazası bu il oktyabrın 1-nə 10 217,3 milyon manat təşkil edib.

Elchi.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 59,7 milyon manat və yaxud 0,6% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 671,6 milyon manat və yaxud 7%, son 1 ildə isə 1 345,8 milyon manat və yaxud 15,2% artıb.