"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18 Sentyabr 2014 - 11:04
in CƏMİYYƏT, DÜNYA, FLƏŞ, MƏDƏNİYYƏT
FacebookVatsap
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.uzeyir_hacibeyov2

 

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

APA-nın məlumatına görə, Milli Musiqi Günü Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd olunur. Bu il ölməz bəstəkarın anadan olmasının 129-cu ili tamam olur.
1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olan Üzeyir ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsində müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alan Hacıbəyli burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb.
Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirib.

 

Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 15-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyli operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.
Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyli muğamla bərabər aşıq musiqisindən də istifadə edib.
Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və Arvad” (1909, ilk tamaşası 1910), “O Olmasın, bu Olsun” (1910, ilk tamaşası 1911), “Arşın Mal Alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il orada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynayıb, o, “Arşın Mal Alan” musiqili komediyasını məhz burada yaradıb.

 

Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb. O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan Türk El Nəğmələri” məcmuəsini nəşr etdirib. Hacıbəyli 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb. O, “Koroğlu” operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan yenidən müstəqilliyə qoşulduqdan sonra yenidən rəsmi status verilən Azərbaycan dövlət himninin müəllifidir. Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları, “Çırpınırdı Qara dəniz” mahnısı, “Aşıqsayağı” kamera-instrumental əsəri, “Qaytağı” xoreoqrafik miniaturü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.

Dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. UNESCO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd olunub. Üzeyir bəyin anadan olduğu gün Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Qeyd edək ki, bu gün Bakıda Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarı ziyarət olunacaq və silsilə tədbirlər keçiriləcək.

Tags: SAVAŞ
Previous Post

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Next Post

Mircəfər Bağırovun şəkli yayıldı

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59

HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Bu barədə Elchi.az "Haber Global"a istinadən...

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib....

Next Post

Mircəfər Bağırovun şəkli yayıldı

Mircəfər Bağırovun şəkli yayıldı

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.