"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

20 İyun 2018 - 17:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar günü ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur.

Bunu da oxuyun

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Sabah yağış yağacaq

“BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqdur”.

Qaçqınlar və miqrantların problemləri ilə bərabər münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də vardır.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatib.

Ermənistanın təcavüz və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistanın beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

Azərbaycan Respublikası məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür. Son 20 ildə Azərbaycan Respublikası tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi əsaslı yerli inteqrasiya kimi nəzərdən keçirilmir. Öz doğma torpaqlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimdir. İşğal olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürü olaraq post-konflikt reabilitasiya və məcburi köçkün probleminin həll olunması baxımdan unikal və uğurlu pilot layihədir.

Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir.

Həmçinin, beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməni əsilli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib.

Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”. – deyə H. Hacıyev açıqlamasında qeyd edib.

Previous Post

Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

Next Post

Ermənistanın sabiq müdafiə nazirinin müavini tutuldu

Bənzər yazılar

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08

Avqust ayından bəri Honkonqda meymunçiçəyinə 21 yoluxma qeydə alınıb ki, bu da 2026-cı ilin əvvəlindən şəhərdə aşkarlanan bütün halların 70...

Next Post

Ermənistanın sabiq müdafiə nazirinin müavini tutuldu

Ermənistanın sabiq müdafiə nazirinin müavini tutuldu

Son xəbərlər

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.