"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanda kifayət qədər kriptovalyuta, xüsusilə bitkoin sahibləri var

03 May 2019 - 11:50
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycanda kifayət qədər kriptovalyuta, xüsusilə bitkoin sahibləri var.
Elchi.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında blokçeyn üzrə mütəxəssis Məryəm Tağıyeva-Zeynalova deyib.
Onun sözlərinə görə, Azərbaycanda texniki cəhətdən inkişaf etmiş bir ölkə kimi, ən qabaqcıl texnologiyaların tətbiqinə tələbat var: “Bakıda bitkoin alan kommersiya mənbələrinin və təşkilatların olduğunu bilənlərin sayı azdır. Azərbaycanda kriptovalyutanın ticarət tərəfinə maraq var. Əsas odur ki, ölkədə blokçeyn texnologiyasının öyrənilməsi və tətbiqi təşviq olunur. Blokçeyn texnologiyası və kriptovalyuta haqqında müntəzəm tədbirlər və təlimlər keçirilir”.
Mütəxəssis bildirib ki, kriptovalyuta daha çox özəl investisiyaya oxşadığına görə həm də risklidir: “Blokçeyn texnologiyasında isə vəziyyət bir qədər fərqlidir. Nisbətən yeni olmasına baxmayaraq, blokçeyn texnologiyası artıq böyük miqdarda məlumatların idarə olunması üçün effektiv və etibarlı bir vasitə kimi özünü sübut edib. Sürət, xərc və təhlükəsizlik baxımından blokçeyn texnologiyası mövcud sistemləri yaxşılaşdırma potensialına malikdir. Texnologiya bir çox sahələrdə, məsələn, bankçılıq, logistika, təhsil sektoru üzrə tətbiqlərə malikdir. Bu səbəbdən IBM, “Microsoft”, “Mastercard”, “Amazon” və s. kimi iri şirkətlər öz işlərində blokçeyn texnologiyasından aktiv istifadə edirlər. Bu texnologiyanın araşdırılması və tətbiqi üçün sərmayə qoyuluşu sərfəlidir”.
Ekspert qeyd edib ki, hazırda beynəlxalq bazarda bir çox kriptovalyutalar mövcuddur. Buna baxmayaraq bitkoin satışda lider mövqeyini saxlayır: “Səbəb odur ki, bitkoinin istifadəsində nisbətən rahatlıq var, bu valyuta ilə mağazalarda (məsələn, Sinqapurda, Cənubi Koreyada) ödəniş edə bilərsiniz, aviabiletlər almaq, vergi və təhsil haqqı (Almaniya, İsveçrə, Fransa və s.) ödəmək olar”.
Mütəxəssis onu da deyib ki, bitkoinin qiyməti son dərəcədə dəyişkəndir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov isə Trend-ə bildirib: “Dünya ölkələri qarşısında hazırda seçim dayanıb – qiymətli kağız, valyuta və ya virtual məhsul. Bu seçimdən asılı olaraq kriptovalyutanın gələcək taleyi müəyyən ediləcək və Azərbaycan da bu prosesdən kənarda qalmır”.
Onun sözlərinə görə, Azərbaycanda hazırda hüquqşünaslar və ekspertlər bu istiqamətdə işlərini davam etdirir və Azərbaycanın kriptovalyuta mərkəzləri sırasında adının çəkilməsi yaqin ki, yaxın gələcəyin işidir.
“Bir çox ölkələr kriptovalyuta ilə bağlı hələ də öz qərarlarını verə bilmədikləri halda digərləri kriptovalyutanın azad olduğu ölkələrin top onluğuna daxil olma şərəfinə nail olurlar. Məsələn, Türkiyə və Belarus kimi. Bu günlərdə ABŞ-ın Georce Mayson universitetində yeni maliyyə texnologiyaları ilə bağlı simpoziumda iştirak edirdim. Kriptovalyuta ilə bağlı təqdimat hissəsində Belarusun adının ABŞ, Yaponiya və Finlandiya kimi ölkələrlə eyni sırada çəkilməsi bu ölkə üçün artıq böyük uğurdur. Məhz bu səbəbdən, innovasiyalara vaxtında reaksiya və onların tətbiqi ölkə üçün ilk növbədə həm də bir imic dividenti qazandırır. Digər tərəfdən, tənzimlənməyən sahə qeyri-müəyyənlik yaradır və hər kəs buna öz bildiyi rakursdan yanaşır”.

Bunu da oxuyun

Çexiyanın Azərbaycana investisiyaları 74 milyon dollara çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Neft yenə 105 dollara yaxınlaşır

Previous Post

Azərbaycanda kifayət qədər kriptovalyuta, xüsusilə bitkoin sahibləri var

Next Post

BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

Bənzər yazılar

Çexiyanın Azərbaycana investisiyaları 74 milyon dollara çatıb

Çexiyanın Azərbaycana investisiyaları 74 milyon dollara çatıb

12 Oktyabr 2026 - 10:42

1995-ci ildən 2026-cı ilin birinci yarısınadək Çexiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi təxminən 74 milyon dollar təşkil edib. Elchi.az xəbər verir...

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

12 Oktyabr 2026 - 10:20

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq...

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Next Post
BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

BŞTİ vakant iş yerlərinin sayını açıqlayıb

Son xəbərlər

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

Messi üçün “Kamp Nou”da vida mərasimi keçiriləcək

12 Oktyabr 2026 - 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

12 Oktyabr 2026 - 11:53
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib

12 Oktyabr 2026 - 11:51
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

12 Oktyabr 2026 - 11:50
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12 Oktyabr 2026 - 11:48
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

12 Oktyabr 2026 - 11:45
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12 Oktyabr 2026 - 11:43
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12 Oktyabr 2026 - 11:42
Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

Bu il hərbi xidmətə çağırışla bağlı 8 cinayət işinin istintaqı aparılıb

12 Oktyabr 2026 - 11:40
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

12 Oktyabr 2026 - 11:36
DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

DYP-dən sürücülərə xəbərdarlıq: Ciddi təhlükə…

12 Oktyabr 2026 - 11:33
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

12 Oktyabr 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.