"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var

05 İyul 2015 - 21:14
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var

Bunu da oxuyun

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

 

Əhalinin bank kreditlərinin statistikasını açıqlayan Mərkəzi Bank 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirib. 

Bu, sayı təxminən 9 milyon 500 min olan əhalinin 26 faizdən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var.Ekspertlər deyir ki, əhalinin aylıq gəliri az olduğundan tələbatı qarşılamır və bu hal banklara kredit üçün çoxlu sayda müraciətıərə səbəb olur.
Təhlilçilər bank kreditlərinin faizlərinin çox olduğunu və bank sahəsində islahatlar aparılmalı olduğunu deyir.

İstehlak kreditləri 

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-də yaydığı məlumatda deyilir ki, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir. Onların 2 milyon 381 min 592 nəfəri fiziki şəxsdir.
 Bundan başqa 1 milyon 115 min 820 nəfəri isə borclara zamin olanlardır.Ümumi rəqəm 3 milyon yarımdan çoxdur və bu rəqəm əhalinin 26 faizi deməkdir.Hüquqşünas Ələsgər Əhmədoğlu “26 faiz”-in ölkənin ümumi sayına nisbətdə hesablandığını deyir. Faizlər kredit götürə bilmə yaşına görə hesablandıqda daha fərqli rəqəm ortaya çıxır.”Son seçkilərdə 2014-dekabrda seçki siyahısında 18 yaşını tamamlamış seçici sayı protokollara 4 831 328 nəfər olaraq qeyd edilib. Bu rəqəmi nəzərə alaraq demək olar ki, 18 yaşından yuxarı əhalinin 72,4 faizi banklara borcludur. Buna əmək qabiliyyəti olmayanlar, pensiyaçılar da daxildir”, hüquqşünas deyir.
Onun sözlərinə görə, əhalinin böyük təbəqəsi xüsusilə istehlak kreditlərinə görə borclanıblar. Hətta pensiya kartlarını təminat göstrərək kredit götürənlər belə var.”Kredit almaq inkişaf etmiş ölkələrdə də var. Orda bank kredit faizləri aşağı olduğu üçün insanlar əllərində olan kapitalı xərcləməmək və ya daha effektiv xərcləmək üçün borclana bilirlər. Amma bizdə kredit faziləri 20 faizdən yuxarıdır. Bu, çox yüksəkdir.
 Buna baxmayaraq, insanların kredit götürməyi onların ciddi pula ehtiyacı olduğu deməkdir. Ölkə əhalisinin pul kütləsinin və gəlirlərinin çox aşağı olması onların zəruri xərclərinə yönəlik vəsait boşluğunu kreditlə doldurmağa çalışması deməkdir”, cənab Əhmədoğlu deyir.Hüquqşünas çıxış yolunu, dövlət büdcəsinin daha effektiv istifdə olunması və əmək haqlarının, təqaüdlərin artırılmasında görür.
“İnvestisiyalara qoyulan büdcəyə ciddi nəzarət olunmur. Zəruri infrastruktur kapitallarının qoyulması, doğru tenderlərin keçirilməsi vacibdir. Əslində əmək haqları indikkindən ən az 100 faiz çox olmalıdır. Müəllim və ya səhiyyə işçisi 200-250 manat maaş alırsa, onun borclanmaması mümkün deyil. Dövlət bir şey etməsə, bu hal borclanmış xalqın və bankların iflasına gətirib çıxaracaq”, o deyir.

Faizlər

 Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov kredit borcları ilə bağlı problemin ciddi olduğunu deyir. Onun sözlərinə görə, borcların miqdarı getdikcə artır.
“Kreditlərin faizinin yüksək olması ilə bağlı Milli Məclisdə mütəmadi olaraq müzəkirə aparılır. Azərbaycanda banka kredit borc məbləği 1. 3 milyard manata yaxındır və bu məbləğ artır, nəinki azalır. Son vaxtlar bank sistemində müəyyən dəyişiklik etmək istəsələr də, bu bir nəticə vermir. Banklar faizi aşağı salmalıdırlar”, deyən millət vəkili bank sistemində problemin olduğunu deyir.”Bunun öz həllini tapması üçün müəyyən proqramlar işlənib hazırlanmalıdır, islahatlar aparılmalıdır. Hələ ki, ciddi addımlar atıldığını görmürəm”, o deyir.Bir neçə gün öncə Moody’s beynəlxalq kredit reytinqi agentliyi, Azərbaycanın bank sisteminin reytinqinin proqnozunu “stabil”dən “neqativ”ə dəyişib.Moody’s Investors Service bildirib ki, Azərbaycanda aşağı neft qiymətləri və valyuta devalvasiyası bankların əməliyyat mühitinə, eləcə də aktivlərin keyfiyyətinə, kapital, gəlirlilik və maliyyələşdirilməsinə təsir edib.Qurum hesab edir ki, devalvasiyanın nəticəsi olaraq, bankların aktivlərinin qiyməti düşəcək, kredit qoyuluşları azalacaq, problemli kreditlərin xüsusi çəkisi 15 faizə çatacaq.
Moody’s agentliyi həmçinin, 2015-ci ildə Azərbaycanın ÜDM-nin 1 faiz azalacağını, iqtisadiyyatda yalnız 2016-cı ildə 1.7 faizə qədər artım ola biləcəyi proqnozlaşdırıb.

Beş banka borclu

 “Beş banka ümumi 12 min manat kredit borcum var. Güzəran üçün lazım olub, götürmüşəm. Ödəməyə çətinlik çəkdikdə, digərindən götümüşəm, beləcə borcum artıb. Yaşım 57-di. Köməyim olmasa, çətin ödəyib bitirim”, bunu adının açıqlanmasını istəməyn və şərti olaraq, Fatma adlandırdığımız qadın deyir.
O, kreditləri 23-26 faiz ilə götürüb.Manatın devalivasiyasından sonra, onun üçün vəziyyət daha da çətinləşib.”Bir banka dollarla borcum var idi, əvvəl 80 manat ödəyirdimsə, indi 110 manat ödəməliyəm”, Fatma deyir.Hüquqşünas Əkrəm Həsənov borc məbləğinin çox olmasını, bankların vergidən yayınma siyasəti ilə bağlı olduğunu bildirir. “İlin sonunda hər bir bank 20 faiz mənfəət vergisi ödəməlidir. Amma problemli kredit çox olarsa, bu vergi tutulmur. buna görə bankların çoxu öz yaxın adamlarına aşağı faizlə kreditlər verir. Sonra belə bir rəqəm ortaya çıxır”, o deyir.
İyunun 30-da Mərkəzi Bank kredit təşkilatlarına istehlak kreditləri üzrə tutulan komissiya haqqının kredit məbləğinin 1 faizini keçməməsinə göstəriş verib.Lakin bu göstəriş Bank Haqqında Azərbaycan Respublikasının Qanununa ziddir. Qanunun 36.6-cı maddəsində deyilir:”Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir”.Bu məsələyə aydınlıq gətirən iqtisadçı Samir Əliyev bu göstərişin yaxşı addım olduğunu desə də, qanuna zidd olduğu üçün bankların göstərişə əməl etməmək hüququnun olduğunu da deyir.
“Mərkəzi bankın bu göstərişi yalnız tövsiyyə xarakterli ola bilər. Amma belə bir qayda vətəndaşlar üçün müsbət haldır. Araşdırma göstərir ki, banklar komissiya haqqı hüququndan sui istifadə edirlər. Vətəndaşları aşağı kredit faizi ilə cəlb edib, yüksək komissiya haqqı alırlar. Bu vaxt hansı bankın verdiyi kreditin səmərəli olması sual altında qalır. İndi isə banklar aldıqları kommisiya haqqını faizlərin üzərinə gələcəklər və ölkədə əsl kredit faizlərinin nə olduğunu öyrənə biləcəyik”, iqtisadçı deyir.
Mərkəzi Bank 1 milyondan çox adamın zamin statusu ilə banklara borclu olduğunu açıqlayıb. BBC Azərbaycanca öyrənib ki, bəzi hallarda, banka borcu olan şəxs borcunu ödəyə bilmədiyi zaman, zamin duran şəxslər banka aylıq məbləği ödəməyə məcbur edilir.

 

Previous Post

Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var

Next Post

Ukrayna Rusiyanın gəmiləri qaytaracağına ümid edir

Bənzər yazılar

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36

İran dünya bazarı və beynəlxalq təchizat zəncirlərində səmərəli iştirakı gücləndirməlidir. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud...

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əməyin mühafizəsi mövzusunda üç günlük vebinar...

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb – VİDEO

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb – VİDEO

03 İyun 2026 - 18:40

ADY BTQ dəmir yolu xətti haqqında yeni film hazırlayıb. Elchi.az xəbər verir ki, “BTQ – Avropa və Asiyanı birləşdirən meqa...

Next Post

Ukrayna Rusiyanın gəmiləri qaytaracağına ümid edir

Ukrayna Rusiyanın gəmiləri qaytaracağına ümid edir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.