Azərbaycanda bu gün ikinci zəlzələ oldu

75

Lerik rayonunda zəlzələ olub.

Bu barədə Elchi.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Saatlıda 3,6 bal gücündə zəlzələ baş verib.