EN RU

Azərbaycana səfər edən turistlərin sayı – 1 199 667 nəfər

>

2017-ci ilin birinci yarısında Azərbaycana 1 199 667 nəfər xarici vətəndaş səfər edib.

Bunu da oxuyun

Elchi.az “Trend”ə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər) 24 faiz çoxdur.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən ölkəmizə 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Qeyd edək ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib.

Regionlar üzrə isə MDB ölkələri (12%), Avropa İttifaqı ölkələri (13%) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com