“Azərbaycana qarşı cəbhəni genişləndirmək planı baş tutmur”

85

“Makron Paşinyanın istəyi ilə sərhəddə baş verənləri BMT Təhlükəsizlik Şurasının iclasında qaldırdı: Məqsəd Azərbaycanı hədəf taxtasına çıxarmaqdır, lakin ilk iclasda tərəflərə atəşkəsin əldə olunması çağırışı edildi”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Bu gün növbəti iclas keçiriləcək, görünür, TŞ-də Bakıya qarşı qərarın qəbul edilməsi ilə bağlı fikir ayrılığı var. Atəşkəs və təhlükəsizlik çağırışlarından uzağa gedəcək qərarın qəbul edilməsi ehtimalı azdır, xüsusilə Rusiya indiki halda Qərbin bu və ya digər formada proseslərə müdaxiləsini istəmir.
KTMT də İrəvanın istəyinin əksinə olaraq bölgəyə qüvvə göndərməkdən imtina etdi: təftiş qrupunun yaradılması qərarı daha çox üzv ölkə kimi Ermənistanın “ağzına” nəsə atmağa hesablanıb.
Beləliklə, Ermənistanın yeni “hərbi kampaniya” ilə Azərbaycana qarşı cəbhəni genişləndirmək planı baş tutmur”.

Şayəstə