Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi.
Elchi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında qeyd edilib.
“Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik”, – deyə bildirilib.
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda məktəbdə silahlı insident baş verib. Hadisəni məktəbdə oxuyan şagirdlərdən birinin törətdiyi bildirilir. Baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...





















Son şərhlər