"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan üçün ölməyə hazır olan erməni

17 Oktyabr 2015 - 11:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Tbilisiyə yola düşməzdən öncə bir tanışdan almışdıq onun mobil nömrəsini. Tanışımız Musa kişinin şəninə həddindən artıq təriflər yağdırdı. Onun sadə, səmimi bir insan olmaqla yanaşı, həm də müsəlman olduğunu bildirərək, digər taksi sürücüləri ilə müqayisədə daha münasib qiymətlərlə müştərilərə xidmət göstərdiyini dedi. Düzdür, Tbilisidə olanlar orada taksi qiymətlərinin Bakı ilə müqayisədə dəfələrlə aşağı olduğunu onsuz da bilirlər. Orada 10 manat müqabilində qət etdiyin yol üçün burada nə az, nə çox 30-40 manat ödəməli olursan. 

Bunu da oxuyun

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

 

Musanın nömrəsini telefonumuzun yaddaşına həkk etməyimizin ilk səbəbi də onun bilinən biri, ən azından müsəlman olması idi. Tbilisidə taksi sürücüləri arasında kifayət qədər erməni olduğundan biz, təbii ki, xeyri onlara vermək istəməzdik.

 

Tbilisi daxilində bir-iki gün gəzdikdən sonra könlümüzə Msxeta şəhərinə getmək düşdü. Musa kişini arayaraq onunla təyin etdiyimiz məkanda görüşüb bu şəhərə yol aldıq. Maşına əyləşər-əyləşməz danışmağa başladı. Artıq azərbaycanlı olduğumuzu bilir. Çünki ona telefon açanda haradan olduğumuzu və nömrəsini kimdən aldığımızı demişdik. Yerimizdən tərpənən kimi “Msxetada elə də gəzməli yer yoxdur, bir-iki xristian abidəsi var, o da ki, biz müsəlmanların nəyinə lazımdır. İstəyirsinizsə, gedək ora, amma icazə verin, sizi bildiyim yaxşı yerlərə aparım”, – deyə bizə müraciət edir. Razılaşırıq. Yolboyu məsləhətlər verir, gəzməli-görməli yerləri söyləyir. Hətta yaxşı yemək verilən məkanları da bizə tanıdır.

 

“Heç vaxt xeyri gürcülərə, ermənilərə verməyin. Burada azərbaycanlıların yaxşı  restoranları var, yeməyinizi orada yeyin. Həm dadlı yeməkləri olur, həm də müsəlmandırlar. Onların yeməyi hansı məhsullardan hazırladıqlarıını da yaxşı bilirsən. Axı özünüzünkü ola-ola xeyri niyə başqasına verəsiniz ki?! Qayıdan zaman apararam sizi Azərbaycan restoranına”.

 

Msxetanı gəzirik və bizi buradan sözün həqiqi mənasında möhtəşəm mənzərəli bir yerə – Tblisidən 70 kilometr Şərqdə, dağların arasında yerləşən Jinvali su anbarına, habelə bu su hövzəsinin və Araqvi çayının sahilində yerləşən XIII əsrdə inşa olunmuş Ananuri qalasına aparır. Söhbətimizin mövzusu artıq dəyişib, indi onun Ermənistandakı vəziyyətlə bağlı təsbitlərinə qulaq veririk. Hər vəchlə düşmən ölkəni pisləyən, aşağılayan Musa kişi deyir ki, Ermənistan sovet hökumətindən necə çıxmışdısa, elə də qalır. Yəni heç bir irəliləyiş, filan yoxdur.

 

“Mənim Ermənistana tez-tez yolum düşür. Bir ölkə kimi Azərbaycandan həddindən artıq geridədirlər. Sizin ölkənizlə müqayisə belə oluna bilməz. Yerevanda heç bir yeni tikili yoxdur, hər şey rusun qoyub getdiyi kimidir. Orada 2-3 minlik qiyməti olan maşınlar sürürlər, Azərbaycanda isə 150-200 minlik. Ermənistan bərbad gündədir, insanların vəziyyəti çox ağırdır. Güclü, qüdrətli, inkişaf etmiş dövlətiniz, nüfuzlu prezidentiniz var. Mən belə dövlət üçün hətta canımı fəda edərəm”, – deyir Musa kişi.

 

Ermənistan haqqında olduqca mənfi fikirlər (əslində mənfi yox, gerçək fikirlər) havada uçuşur və söhbət gəlib Qarabağa çatır. Musa kişi ağızdolusu deyir ki, Ermənistan torpaqlarıınızı rusların hesabına işğal altında saxlayır, yoxsa Azərbaycan ordusu bir günə ərazilərinizi geri qaytarar: “Bilirəm ki, Cənubi Qafqazda ən güclü ordu Azərbaycan ordusudur. Azərbaycan artıq özü silah istehsal edir, güclü valyutanız var, Ermənistansa hələ də dilənçi kimi rusun əlinə baxır. Bir sözlə, bu gün ermənilərin dövlətlərində fəxr edəcəkləri heç nələri yoxdur”.

 

Milli pul vahidindən söz düşən kimi, Musa kişi cibindən Ermənistanın qəpik formasında olan 500 dramını bizə göstərir və bunun 1 manata yaxın olduğunu söyləyir. “Belə dövlətlə Ermənistan vətəndaşları necə fəxr etsinlər axı? Əgər Azərbaycan torpaqlarını işğal etməsəydilər, vətəndaşlarınız Gürcüstan kimi, Ermənistanın da pullu müştəriləri olar, oraya sərmayə qoyardılar. Bununla Ermənistan ən azından Gürcüstan kimi yavaş-yavaş olsa da, inkişaf edərdi”.

 

Musa kişi, demək olar ki, bütün cümlələrində azərbaycanlıları çox sevdiyini deyir: “Sözün həqiqi mənasında sizin milləti çox sevirəm. Azərbaycanlılar qonaqpərvərdirlər, mərddirlər. Gözəl mətbəxiniz, mədəniyyətiniz var”.

 

Nəhayət, 3-4 satlıq səfərimiz başa çatır. Və Musa kişi dediyi kimi bizi Tbilisinin mərkəzində yerləşən azərbaycanlıların restoranına gətirir. 200 kilometrə yaxın məsafə üçün gözlədiyimizin əksinə olaraq bizdən 50 lari (təxminən 25 manat) alır. “Azərbaycanlı olub-olmasından asılı olmayaraq bütün müştərilərimi sizin restoranlarınıza gəlməyi məsləhət görürəm”, – deyən Musa kişi bizimlə sağollaşır.
Taksi sürücüsü ilə sağollaşan zaman restoran sahibinin heyrətlə söhbətimizi izləməsi diqqətimi çəkir. Bizi hörmətlə qarşıladıqdan sonra restoran sahibi sual edir: “Sizi bu, gətirdi?”

 

– Müsəlmandır, adı da Musadır, – deyə cavab veririk.
– Nə müsəlman o, ermənidir, adı da Stepandır, – söyləyir restoran sahibi: “Onu yaxşı tanıyıram. Amma sözün əsl mənasında azərbaycanlılardan ötrü sino gedir, desəm, yalan olmaz. Demək olar ki, bütün müştərilərini bizim restorana gətirir. O, ermənilərə, Ermənistan dövlətinə nifrət edir. Hətta pulunu belə, Azərbaycan manatı ilə saxlayır. Burada belə ermənilər çoxdur…”

 

Bu sözlərdən sonra artıq “Musa”nın bizi nə qədər istəməsindən asılı olmayaraq, biz onu istəmirik və Stepan adlı birinə xeyir verdiyimiz üçün özümüzü qınamağa başlayırıq…

 

P.S. Şübhə yox ki, Ermənistanda milliyyəti erməni olan, lakin “Musa” olmaq üçün dəridən-qabıqdan çıxan yüzlərlə, bəlkə də, minlərlə Stepanlar var… 

 

Previous Post

Azərbaycan üçün ölməyə hazır olan erməni

Next Post

Pambıq yığmağa hazır olun!

Bənzər yazılar

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13

Torpaq sözün müstəqim mənasında əkin biçin yeri, insanın yaşamaq ehtiyaclarını ödəyən maddi varlıqdan daha böyük bir anlayışdır. İnsan torpağın üzərində...

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59

14-18 sentyabr 2026-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası...

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub....

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Next Post

Pambıq yığmağa hazır olun!

Suriyadan Moskvaya 56 MDB vətəndaşı gətirib

Son xəbərlər

Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.