“Azərbaycan sülh uğrunda savaş aparıb” – POLİTOLOQ

112

“Azərbaycan ordusunun hazırlığı və 2020-ci ildə əldə edilmiş qalibiyyətin nəticələrini özündə rəsmiləşdirən sülh müqaviləsi bizə imkan verdi ki, sonrakı illərdə həm sülh axtarışı prosesini davam elətdirək, həm də qalibiyyətə əsaslanan münasibətlərimizi davam elətdirək”. Bunu Elchi.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə bunu sülh uğrunda savaş adlandırmaq daha məntiqlidir:”Çünki sülhə gedən yol da müharibədən keçir. Biz bunun üçün 2 il mübarizə aparmışıq. Bu zamanda bir neçə ərazilərin qaytarılmasında davam edən əməliyyatların, o cümlədən apreldə həyata keçirilmiş alternativ yolların nəzarət altına keçirilməsi və s əməliyyatlar həyata keçirilib. Rusiyanın 4 komandanlığı da ayrı-ayrı vaxtlarda başçılıq etdiyi zamanlar Azərbaycan nailiyyətlər qazanıb. Beynəlxalq tədbirlərdə də keçirilən razılaşmalar bizə Ermənistanı üstələdiyimizi göstərdi. Azərbaycan bir neçə dəfə qeyri silah daşımalarının videolarını yaydı. Artıq dünya ölkələri də Ermənistanın razılığın şərtlərini pozduğunu gördü. Azərbaycan yekun nəticə kimi Laçın Xankəndi yolunun girişndə sərhəd buraxılış məntəqəsini qoydu”.

Havar Şəfiyeva