Azərbaycan səfiri Qazaxıstan prezidenti ilə görüşüb

44

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Prezidenti ilə Kasım-Jomart Tokayevlə görüşüb.

Elchi.az-ın xəbərinə görə, bu barədə diplomat Tvitter hesabında məlumat verib.

“Qazaxıstan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüş çərçivəsində cənab Prezident Kasım-Jomart Tokayevlə qısa görüş keçirməkdən məmnunluq duydum” – deyə səfir qeyd edib.