Azərbaycanın FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun açıqlanıb.
Elchi.az xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupunun III turunda Almaniya – İngiltərə matçını idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
Qeyd edək ki, iyunun 28-də “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçının baş hakimi olub.
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
Son 10 ildə UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb. Elchi.az...





















Son şərhlər