"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan dollardan imtina edə bilməz, çünki…

07 Dekabr 2016 - 09:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan dollardan imtina edə bilməz, çünki... Ekspertlər deyir ki, Türkiyədə dollara qarşı “cəbhə” fayda verməyəcək

 
Türk lirəsi xarici valyuta olan dollar qarşısında dəyər itirdikcə, qardaş ölkədə durum ciddiləşir. Türkiyə prezidentinin bu istiqamətdə çağırışı isə bir neçə gündür ki, lirənin durumuna cüzi də olsa müsbət təsir göstərir. Rəcəb Tayyib  Ərdoğanın xalqa müraciətindən sonra insanlar valyutadəyişmə məntəqələrinin qarşısında növbəyə dayanıblar. 
Onlar dövlət başçısının dediyi kimi, boxçalarında olan dollarları lirəyə çevirərək milli valyutanın dəyər itirməsinin qarşısını ala biləcəklərinə inanırlar. Həmçinin Türkiyənin dollardan imtina etməsi, ilkin olaraq Rusiya ilə alqı-satqının bu iki ölkənin valyutasına əsasən aparılması kimi fikirlər də ortaya atılıb. Bu, mümkündürmü və effekt verəcəkmi? Türkiyə dollardan imtina edib xilas olacaqmı? Həmçinin Azərbaycan da bu üsuldan istifadə edə bilərmi? Ekspertlər musavat.com-a məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Ekspert Natiq Cəfərli musavat.com-a deyib ki, lirənin cüzi də olsa, möhkəmlənmə cəhdləri Ərdoğanın çağırışı ilə bağlı deyil: “Birjalarda dəyişən məzənnə bununla bağlı deyil. Dünyada dolların avroya qarşı bir az dəyər itirməsindən sonra belə bir şərait yaranıb. Ərdoğanın çağırışı təəssüf ki, populizmə hesablanmış və daxili bazarın sakitləşdirilməsinə yönələn sözlü müdaxilədir. Rusiya ilə Türkiyə arasında bu ölkələrin valyutalarında alış-verişə keçid mümkün deyil. Çünki Türkiyə Rusiyadan 24 milyard dollarlıq mal alır. Amma Rusiyaya cəmi 6 milyard dollarlıq məhsul satır. Burada 18 milyardlıq bir açıq yaranır. 18 milyard dollarlıq açığı rubla çevirib, bunu rublla ödəmək mümkün deyil, Türkiyədə bu qədər rubl yoxdur. Türkiyə bu rublu da xarici valyuta ödəyərək almalıdır, rubl kəsən maşın alası deyil ki? Rublu əldə etmək lazımdır. Bunun üçün isə mütləq Rusiya birjasına çıxıb dollar satıb, rubl alıb ödənişi həyata keçirmək lazım olacaq. Bu da obrazlı desək, sol qulağı sağ əllə qaşımağa bərabərdir. Belə bir addımı atmağın heç bir məntiqi olmur”.
Image result for Ekspert Natiq Cəfərli
Ekspertin sözlərinə görə, ikinci önəmli məsələ iş adamlarının özünü sığortalanaması məsələsidir:“Məzənnənin tez-tez oynaması, həm türk lirəsinin, həm rus rublunun məzənnəsinin tez-tez dəyişməsi, gündəlik ciddi oynaqlığın olması iş adamlarına müəyyən itkilər gətirə bilər. Onlar itkiləri sığortalamaq üçün müqavilələri dollar üzərindən edirlər. Açığını desəm, belə bir çağırışın olması, sadəcə, psixoloji bir çağırışdır. əhaliyə bir psixoloji təsir vasitəsidir, lirəyə olan basqıları azaltmaq cəhdidir. Amma buna baxmayaraq, bunun həyata keçirilməsi mümkünsüzdür. Yaxın gələcəkdə bununla bağlı praktiki addımlar atmaq mümkün olmayacaq”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanın da bu kimi üsulda istifadə etməsi məntiqsizdir: “Azərbaycan əsas neft satır. Əsas ticarət tərəfdaşı İtaliyadır. Azərbaycan neftini satıb, əvəzində İtaliyadan manat alıb o manatı neyləyəcək? Azərbaycana valyuta, dollar lazımdır ki, öz daxili tələbatını, idxaldan asılılığını ödəsin. Bunun üçün aldığı manatı onsuz da yenidən dollara çevirməlidir. Məsələn, dərmanda yüz faizlik idxaldan asılılığımız var. Manatla hansı ölkədən dərman almaq mümkündür? Azərbaycan manatı konvertasiyaya uğramış valyuta deyil. Ona görə Azərbaycanın da belə bir addım atması mümkünsüzdür, cəhd etməsi belə, açığı, ancaq təbəssüm doğura bilər”.
Image result for Ekspert Vüqar Bayramov
Ekspert Vüqar Bayramov da qeyd edib ki, Türkiyədəki “dollar öldürmə” cəhdinin uğurlu olması mümkünsüzdür. Yəni Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir edə bilməz: “Bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23,9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək. Avronun son iki gündə möhkəmlənməsi isə daha çox İtaliyadakı seçkilərlə bağlıdır. Digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr də belə, bu, vətəndaşların və eləcə də şirkətlərin dollarlaşma səviyyəsini azaltmayacaq. Yenə də riskləri sığortalamaq üçün hətta biznes aktivlərinin belə əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək. Yəni dövlətlər anlaşmada dollardan imtina edə bilər, amma vətəndaşlar və sahibkarlar bunu etməyəcəklər. Eyni zamanda belə anlaşmaların nə qədər uzun  müddətli olması və necə monitorinq edilməsi də müzakirə tələb edən məsələlərdəndir. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan, hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikanlar isə hələlik möhkəm dollardan məmnundurlar”.
Image result for İbrahim Məmmədov
AzTV-nin keçmiş əməkdaşı, hazırda Region TV-də çalışan jurnalist İbrahim Məmmədov isə sosial şəbəkədə məsələ ilə bağlı paylaşım edib və dediklərini əsaslandırmağa çalışıb: “Türkiyənin prezidenti R.T.Ərdoğanın Rusiya, Çin və İranla öz aralarında apardıqları ticarətdə dollardan imtina edəcəkləri haqda bəyanatının təsirli nəticələri ola bilər. Qərar qəti olarsa, təqribi hesablama ilə Türkiyədə dollara illik tələbat təqribən (nəzəri olaraq bütün sahələri əhatə edərsə-red.) 45 milyard dollar aşağı düşə, lirəyə tələbat isə 60-70 milyard lirə arta bilər. Bu, 4 dövlətin bir-biri ilə ticarətindəki bəzi istiqamətlərdə dollar virtual orientasiya kimi qalsa da, ona fiziki tələbatı azalda bilər. Yəni həmin istiqamətlərdə bankdan dollar istəyənlərin sayı düşə bilər. Amma bu, qlobal miqyasda dolların inflyasiyasına (məzənnəyə) təsir etməyəcək. Nəzəri olaraq hesab etsək ki, milli valyutalarla hesablaşma bütün sahələri əhatə edəcək, onda belə bir mənzərə yaranır: təkcə Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il aşağı düşsə də ortalama ildə 25 milyard dollardır.
Deməli, gələn ildən bu bazarda dollara tələbat 25 milyard aşağı düşə bilər. İranla Türkiyə arasında ticarət dövriyyəsi ildə ortalama 10 milyard dollar həcmindədir. Türkiyə ilə Çin arasında ticarətin həcmi 2015-ci ildə 30 milyard dollar civarında olub. Bütövlükdə 65 milyard dollar edir. Ticarət balansları Türkiyənin əleyhinə olduğundan 65 milyardın təqribən 40-45 milyardı həcmində Türkiyə idxal edir. Yəni türkiyəli sahibkarlar bu sadalanan ölkələrdən mal və xidmət almaq üçün banklardan 40-45 milyard dollar alırlar. İndi qərar qəbul edildiyi təqdirdə Türkiyədə il ərzində dollara tələbat təqribən 45 milyard aşağı düşə bilər.
Türkiyənin bu ölkələrə ixrac etdiyi mallardan daxil olan 20 milyard dollar isə lirə ilə (70 milyard lirə) əvəzlənəcək. Hesablamalar təqribidir. Türkiyədən mal alanlar dollar yox, lirə alacaqlar. Ancaq təbii ki, bütün ticarəti milli valyutalara keçirmək mümkün olmayacaq, və nəzərə alsaq ki, neftə və qaza şamil olunması çətin məsələdir, onda nəzəri olaraq qəbul etdiyimiz rəqəmlər xeyli kiçilir.
 
Bununla belə, müəyyən bir həddə, bir tərəfdən dollara tələbat azalacaq, o biri tərəfdən lirəyə tələbat artacaq. Bununla belə, dollar yenə əsas yığım vasitəsi kimi qalacaq. Ancaq nəzərə almaq lazımdır ki, nə qədər cəhd edilsə də, indiyə qədər bu ideyanı həyata keçirmək mümkün olmayıb. Beynəlxalq  siyasi vəziyyət buna imkan verməyib. Bu dövlətlərin ciddi siyasi iradə nümayiş etdirməsini tələb edir. Bu, başqa məsələdir ki, ABŞ-ın bu ölkələrlə münasibəti yaxşılaşar və antidollar siyasəti də gündəlikdən çıxa bilər”.
Previous Post

Azərbaycan dollardan imtina edə bilməz, çünki…

Next Post

Daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Bənzər yazılar

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə...

Next Post

Daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Daha 26 aqroparkın tikilməsi planlaşdırılır

Son xəbərlər

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.