Bu gün Kosovonun paytaxtı Priştinada cüdo üzrə Açıq Avropa çempionatı start götürəcək.
Elchi.az xəbər verir ki, yarışda Azərbaycanı kişilər arasında Hidayət Heydərov təmsil edəcək.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayacaq. Üçqat Avropa çempionu ilk görüşündə Xusniddin Kərimov (Çexiya) / Ferdinand Karapetyan (Ermənistan) cütünün qalibi ilə qarşılaşacaq.
Yarış Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.