"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan BMT-də Ermənistanın yalanlarını ifşa etdi

21 Aprel 2023 - 10:45
in SİYASƏT
FacebookVatsap

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, Yaşar Əliyevin baş katibə məktubunda silahlı münaqişənin qarşısının alınması, sülh quruculuğu və sülhün qorunması, irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. mövzular əhatə olunub.
Səfir bildirib ki, Ermənistanın daimi nümayəndəsinin BMT-yə ünvanladığı 10 mart 2023-cü il tarixli məktubunda yer alan qüsurlu və yalan iddialar bu ölkədə nifrət, dözümsüzlük, yalanın nə dərəcədə üstünlük təşkil etdiyini ortaya qoyur və bu yanaşma regional sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir.
Bununla yanaşı, məktubda qeyd olunub ki, Ermənistan rəsmiləri Qərbi Azərbaycan İcmasının azərbaycanlıların Ermənistandakı tarixi vətənlərinə təhlükəsiz şəkildə qayıtmaları üçün müraciətini açıq şəkildə yanlış şərh edib. Əslində müraciət Ermənistandan qovulmuş və geri qayıtmasına icazə verilməyən yüz minlərlə azərbaycanlının hüquqlarından bəhs edir.
Y.Əliyev məktubda Ermənistan ərazisində azərbaycanlılara aid tarixi izlərin silinməsi və etnik təmizləmə siyasətindən də bəhs edib:
“Azərbaycanlıların fiziki izləri məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb. Ermənistanın paytaxtı İrəvandakı Dəmirbulaq məscidi 1990-cı ildə buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə ermənilərə yaşayış evləri tikmək üçün bir neçə mərhələdə dağıdılıb”.
Sənəddə qeyd olunur ki, Ermənistanın Azərbaycandakı erməni icmalarının tarixi, mədəni və dini irsinin yerlə-yeksan edilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Bunun sübutu olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən müqəddəs Qriqori İlluminator erməni kilsəsini xatırlatmaq kifayətdir. Azərbaycan hökuməti 1860-cı illərdə tikilmiş kilsəni ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edib.
Məktubda Ermənistan hökumətinin azərbaycanlılara qarşı apardığı irqçi ideologiyanın bu günə qədər davam etdiyi qeyd olunur. Ölkədə etnik təmizləməyə görə məsuliyyət daşıyan hərbi cinayətkarın abidələri ucaldılır, Azərbaycana və azərbaycanlılara qarşı irqi nifrəti təbliğ edən təşkilatlar fəaliyyət göstərir.
Y.Əliyev Ermənistanın hələ də, Azərbaycanın sərhədyanı kəndlərini işğal altında saxlamaqda davam edərək ərazi iddiası irəli sürdüyünü vurğulayıb:
“Azərbaycandakı yaşayış məntəqələri saxta adlarla qeyd edilərək ölkəmin işğaldan azad edilmiş suveren ərazilərinə “hazırda Azərbaycanın nəzarəti altındadır” və ya “işğal olunmuş” kimi istinad edilir. Məlum olduğu kimi, 2020-ci ilin payızında 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlərin normallaşdırılmasını təklif edən Azərbaycan olmuşdur. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənib.
Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan region məqsədlərinə tam sadiq qalır və bölgədə münaqişədən sonra sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək”.

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Previous Post

Azərbaycan BMT-də Ermənistanın yalanlarını ifşa etdi

Next Post

İnanclı olduğu üçün həbs edilən adam… – Şeyx

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə...

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən,...

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. 1. 8...

Next Post
İnanclı olduğu üçün həbs edilən adam… – Şeyx

İnanclı olduğu üçün həbs edilən adam... - Şeyx

İnanclı olduğu üçün həbs edilən adam… – Şeyx

İnanclı olduğu üçün həbs edilən adam... - Şeyx

Son xəbərlər

Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

Ukrayna Rusiyanın üç neft emalı zavodunun yerləşdiyi sənaye zonasını bombardman etdi

31 Oktyabr 2026 - 13:55
İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 13:32
Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

31 Oktyabr 2026 - 13:07
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42
Böyük Britaniya İrana xəbərdarlıq etdi

Böyük Britaniya İrana xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 12:21

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31 Oktyabr 2026 - 11:30
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

31 Oktyabr 2026 - 10:26
Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.