"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“AXCP-də ”Taliban təfəkkürlü” adamlar var”

23 Oktyabr 2014 - 09:35
in GÜNDƏM
FacebookVatsap

“İqtidar müxalifətin toyuna gedə bilməzmi” sualı ətrafında polemika səngimir 1410585985_celalo

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Keçmiş deputat İkram İsrafilin oğlunun toyuna iqtidaryönümlü şəxsləri dəvət etməsi ətrafında yaranan narazılıq səngimək bilmir. Sosial şəbəkələrdə AXCP üzvləri açıq şəkildə Müsavat funksionerini hakimiyyətə işləməkdə ittiham edirlər.

İkram İsrafili ittiham edənlər əsas səbəb kimi, YAP-çı  deputat Aydın Mirzəzadənin toyda iştirakını göstərirlər. Hər iki şəxsin məclisdə çəkdirdikləri şəkli paylaşaraq tənqid və təhqirlər səsləndirirlər. İkram İsrafil və Aydın Mirzəzadə mətbuata açıqlamalarında onları tənqid edənləri sərt şəkildə qınayıblar.
İkram İsrafillə bir dövrdə parlamentdə təmsil olunmuş Pənah Hüseyn xeyir və şər işlərində siyasi mənsubiyyətin əsas götürülməsini doğru hesab etmədiyini bildirdi: “Dəvət edənlə olan münasibətə baxır. Siyasətçi olub- olmaması əsas götürülməməlidir. Siyasi mənsubiyyəti də önəmli deyil”.
İqtidaryönlü deputat Zahid Oruc bu cür fikir səsləndirən AXCP üzvlərini “Taliban təfəkkürlü adamlar” adlandırdı: “Siyasi mənsubiyyətindən asılı olmayaraq, müxtəlif mühitlərdə insanların münasibətləri formalaşır. Bu hər cür şəraitdə ola bilər. Ümumiyyətlə, xeyir işlərə dəvət olanda qarşıya məqsəd qoyulmur ki, yalnız tanıdıqlarını dəvət etməlisən. Seçim əsasında olur. Belə dəvətləri süngü ilə qarşılayan insanlar ola bilsin ki, Əfqanıstan müxalifəti deyillər, amma onların təfəkküründə talibançılığın oturuşmasından əminəm. Bu insanların təfəkkürü qara zehniyyətdir. Bu təfəkkürlə hakimiyyət uğrunda mübarizə aparırlar? Bu bolşevizmdən də daha təhlükəlidir. İŞİD-in bir qadını daşqalaq etməsi ilə bunlar arasında heç bir fərq yoxdur. Sizlər nə haqla 1937-ci ildə insanların bir-birindən fərqləndirilməsini, çıxdaş edilməsini qınayırsınız? Hamı onların maddi kontekstini çox gözəl bilir.
Artıq miflərlə yaşadığımız zamanlar arxada qalıb. Əli Kərimli çevrəsinin gerizəkalılığı insanları düşündürməlidir. Onlar doğrudan da iqtidar olmaq istəyirlər? İnsanları siyasi mənsubiyyətinə görə fərqləndirənlərdən dövlət idarə edən olmaz. Onların çevrəsində olan Cəmil Həsənli xeyir işinə müxtəlif çevrələrdən olan insanları hansı prinsiplərlə dəvət etmişdi? Bunları düşünmürlər. İndi İkram İsrafil üzərindən hərəkətə keçiriblər. Bunlar Əli Kərimlinin qara zehinli insan olmasına işarədir. Çox insanlarla siyasi müstəvidə polemikalarımız olub. Lakin bunu xeyir və yas işlərinə aid etməmişik. Şəxsi münasibətlər tamam başqa anlayışdır. Biz hər zaman istər debat istərsə də, diskussiyalar olsun, daim öz əqidəmiz uğrunda mübarizə aparmışıq. Belə də olmalıdır. Siyasi mədəniyyətdən geri qalmış, feodal təfəkkürü ilə yaşayan insanlar bunu anlaya bilməzlər”.
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi mədəniyyətin aşağı səviyyədə olduğunu qeyd etdi: “Bir çox insanlar çalışır ki, siyasəti məişət, şəxsi münasibətlər səviyyəsinə çatdırsın. Ümumiyyətlə, Azərbaycanda siyasi mədəniyyət çox aşağıdır. İqtidarın özündə də belə insanlar var ki, müxalifətçiliyi şəxsi düşmənçilik kimi qəbul edirlər. Müxalifət və iqtidar bu mənada eyni təfəkkürə malikdir. İqtidar və müxalifət liderləri bu istiqamətdə addımlar atmalı idilər. Şəxsən mən hakimiyyətdə münasibətim olan bir şəxs olarsa, həmin şəxsin toyunda, yasında iştirak edərəm. Eyni zamanda toyuma dəvət edərəm. Bu əslində iqtidar-müxalifət arasında dialoqun alt yapısıdır. Cəbhəçilərin bu hərəkətini yanlış hesab edirəm. Toya kimsə getdisə, nə baş verdi? Getməzsə nə baş verəcək? AXCP rəhbərliyi bəyanat verir ki, biz siyasi dialoq tərəfdarıyıq. Adama deyərlər ki, dialoq tərəfdarısansa, insanların şəxsi münasibət qurmalarına niyə belə reaksiya verirsiniz? Türkiyədə Ərdoğan xəstələnəndə bütün müxalifət liderləri onu ziyarət etdilər. Azərbaycan müxalifəti bundan nümunə götürməlidir. Partiyalar xalqın nailiyyətidir. İnsanlar partiyaları şəxsləşdirməməlidir”.
 
Cavanşir ABBASLI
Previous Post

“AXCP-də ”Taliban təfəkkürlü” adamlar var”

Next Post

Azərbaycanlı aktrisa: “Ərim otaq yoldaşıma…”

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post

Azərbaycanlı aktrisa: “Ərim otaq yoldaşıma...”

Azərbaycanlı aktrisa: “Ərim otaq yoldaşıma...”

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.