"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Avtodayanacaqda maşın saxlayan sürücülər niyə və kimə pul verməlidirlər?

26 Sentyabr 2018 - 14:07
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Avtodayanacaqda maşın saxlayan sürücülər niyə və kimə pul verməlidirlər?
Avtomobillərin küçədə saxlanmasına görə sürücülər niyə və kimə pul verilməlidirlər?
Əgər sizin işiniz gün ərzində şəhərin müxtəlif yerlərinə baş çəkməkdən ibarətdirsə, o zaman halınız fənadır. Əvvəla, şəhər küçələrinin yarıdan çoxunda “Dayanma, durma qadağandır” nişanı qoyulub. Bu nişan olmayan yerlərdə isə parkomatlar və “stoyanşiklər” var. Yəni, cibinizdə pulunuz yoxdursa, siz maşını heç yerdə saxlaya (yəni park edə) bilməzsiniz, daim hərəkətdə olmalısınız, yanacağınız qurtararsa, tez evakuator çağırırb avtomobilinizi harasa aparmalısınız. Bakı dünyada yeganə belə şəhərdir.
“Ödənişsiz parklama yerləri də olmalıdır”
Hər hansı bir küçədə, döngədə, dalanda bir neçə dəqiqəlik dayananda – mağazadan su alanda, evdən nə isə götürmək üçün avtomobilinizi bir neçə dəqiqəlik saxlayıb qayıdanda gərək cibinizdə pulunuz olsun. Çünki, hər dəfə qoluna sarğı bağlamış “ərəbzəngilər” başınızın üstünü kəsdirəcəklər ki “pul ver”.
İndi şəhərin az qalan bütün küçələrinin kənarları zəbt edilib, pullu dayanacağa çevrilib. Bunların bəzilərində parkomat olsa və ya pulu qanuni fəaliyyət götürən işçilər yığsa da, bəzilərində qoluna qırmızı lent bağlanmış, amma üzərində heç bir sənəd olmayan adamlar sürücülərdən pul yığır. Hətta, bir çox yerlərdə, səkilərin üstündə maşın dayanacağı açıblar ki, nəticədə piyadalar maşın yolu ilə getməli olurlar.
Sürücü Nazim Alıyev deyir ki, vətəndaşın, sakinin öz maşınını öz şəhərində haradasa dayandırmaq, saxlamaq hüququ olmalıdır və bunun üçün pul ödəməli deyil: “Dünyanın ən böyük şəhərlərində belə bütün dayanacaqlar pullu deyil. Bizdə isə pulsuz bircə yerdə belə maşın saxlamaq mümkün olmur. Üstəlik dayanacaq qiymətləri də çox bahadır. Əgər gün ərzində işinlə bağlı bir neçə yerdə dayanmalısansa, maaşını bütövlükdə buna verməlisən. Belə biabırçı vəziyyət heç yerdə ola bilməz”.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, bütün küçələrdə dayanacaqların pullu olması normal hal deyil: “Bəli, istənilən şəhərdə ödənişsiz parklama yerləri də olmalıdır. Açıq küçə və prospektlərdə parklanmanın ödənişli olma meyarı müəyyən edilməli və yalnız buna uyğun ödənişli yerlər təşkil edilməlidir. Qalan yerlər isə hamı üçün ümumi qaydada açıq və ödənişsiz olmalıdır”.
Dayanacaqlarda qolu qırmızı lentli pul yığanlar kimlərdir?
Sürücü İlkin Abbasov bizimlə söhbətində deyir ki, həmin dayanacaqlarda sürücülərdən alınan rüsumun əvəzində çek verilməlidir. Lakin əksər yerlərdə heç bir çek, qəbz vermirlər. Yığılan vəsait də kimlərinsə cibinə gedir: “Qeyri-qanuni fəaliyyət göstərən dayanacaqlar da var ki, vətəndaşları aldadaraq pul yığırlar. Kimsə qoluna qırmızı lent bağlayıb gəlib yolun kənarında sürücülərdən pul yığa bilər, ancaq, bu, o demək deyil ki, onlar hansısa dövlət qurumunun işçiləridir. Mən belə yerlərdə pul ödəmirəm”.
Ekspert Ərşad Hüseynov deyir ki, mağazaların və sair obyektlərin qarşısında və müəyyən küçələrdə dayanıb avtomobillərdən pul yığan şəxslərin qarşısı alınmalıdır, çünki bunlar çek vermirlər ya da əhəmiyyətsiz kağız parçası verirlər ki, nəticədə bu pullar da büdcəyə çatmır.
Mütəxəssisin fikrincə, onların qarşısını polis, yerli icra hakimiyyətləri və vergi orqanları birgə almalıdırlar: “Belə “xidmət”in qanuniliyi aydınlaşdırılmalı, təqsirli adamlara qarşı konkret iş görülməlidir”.
Avtodayanacaqlardan yığılan pullar hara gedir?
Şəhərdə aparılan reydlər zamanı bəzi pulyığanlarla söhbət edilib. Mərkəzi küçələrdə əynində uniforma olanlar da sürücülərə çek vermirlər. Bu barədə soruşanda bildirdilər ki, onlara çek vuran aparat təqdim edilməyib.
Şəhərin mərkəzindən kənar küçələrdə isə maraqlı məqamlarla rastlaşdıq. Qoluna qırmızı lent bağlamış adamlar sürücülərdən pul yığırlar. Əksəriyyəti konkret işlədiyi idarənin adını, pulun hara çatdığını belə bilmir.
Bakıxanov qəsəbəsində, Qara Qarayev metrosu ətrafındakı küçələrdə və Sabunçuda söhbətləşdiyimiz “pul yığanlar” adlarını deməkdən çəkindilər, amma bizə maraqlı faktlar danışdılar. Hətta bəziləri yalvardılar ki, onların çörəyinə bais olmayaq, adlarını və yerlərini yazmayaq.
Onlardan birinin dediyinə görə, bu dayanacaqların heç biri qanuni deyil, hərəsinin öz qeyri-rəsmi sahibi var. Onlara plan qoyulur və hər axşam gəlib pulu aparırlar. Hətta, Sabunçudakı dayanacaqda işləyən oğlan yığdığı pulu aparan tanış adamın bu pulları hər axşam yaxınlıqdakı restoranda xərclədiyini deyir. Gənc, gündə təxminən 100 manat yığdığını, özünün isə 15 manat qazandığını deyir.
Müşahidələrimiz zamanı gördük ki, “pul yığanlar” sürücülərə standart qiymət demirlər. Bahalı maşınlarla gələnlərə “nə verirsən ver” deyirlər ki, onların da çoxu 1 manat verir, çünki, cavan pulyığanın dediyi kimi, onlar ciblərinə xırda pul qoymağı “zapodlo” sayırlar.
Bir sözlə bir neçə saat müxtəlif dayanacaqlarda müşahidə aparmaq kifayətdir ki, milyonlarla pulun dövlət büdcəsinə çatmalı olduğu halda, başqa yerlərə getdiyinin şahidi olasan.
Qanuna görə dayanacaqlardan yığılan pul hara çatmalıdır?
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsində göstərilir ki, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş yerli özünü idarəetmə orqanına ödənilməlidir.
Bundan əlavə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikası Qanununun” 7-ci maddəsində isə göstərilir ki, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər bələdiyyə gəlirləri kimi xarakterizə olunub.
Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli deyir ki, Qanunda hətta bu vəsaitlərin necə və hansı formada yığılması da əksini tapıb: “Lakin burada söhbət bu sahənin inhisara alınmasından gedir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2002-ci ildə 2 dəfə Sərəncam verildi və qanunun əksinə olaraq bələdiyyələrin sırf səlahiyyətində olan maliyyə istiqaməti dəyişdirilərək BŞİH-in strukturuna verildi. Əsas gətirildi ki, guya şəhər dayanacaqlarında xaosdur, iş düzgün qurulmayıb. O vaxtdan bələdiyyələr avtomobil dayanacaqlarından daxil olan ödənişləri yığa bilmirlər. Halbuki, bu istiqamət birbaşa bələdiyyələrin sərəncamında olmalı idi. Fikrimcə, hazırda bu işlə bələdiyyədən başqa digər bir orqanın, təşkilatın məşğul olması qanunvericiliyə ziddir”.
Ekspert  deyir ki, bu istiqamətdən daxil olan ödənişlər bələdiyyəyə daxil olsa bu, həm yerli problemlərin həlli, həm də əhalinin sosial probleminin həlli demək olar: “Dayanacaqlardan yığılan illik vəsait bütün Bakı bələdiyyələrinin büdcəsinin hamısına bərabərdir”. //Azadinform.az
Previous Post

Avtodayanacaqda maşın saxlayan sürücülər niyə və kimə pul verməlidirlər?

Next Post

Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post
Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.