Avstraliyada , dəniz sahilində yerli sakinlər parçalanmış böyük ağ köpəkbalığının qalıqlarını aşkar ediblər.
Elchi.az xəbər verir bu barədə ABC News yazır.
Yarıya bölünmüş cəsəd materikin cənub ucunda Cape Bridgewater yaxınlığında tapılıb.
Hadisə yerinə ilk gələnlərdən biri olan balıqçılıq mağazasının müdiri Ben Constoun insan yeyən köpəkbalığının uzunluğunun ən azı üç metrə çatdığını irəli sürüb.
Onun sözlərinə görə, yaraların xarakteri onu deməyə əsas verir ki, köpəkbalığı qatil balinaların hücumuna məruz qalıb. O əlavə edib ki, fotoqraf Allen McCauley əvvəllər körfəzdə qatil balinaların dəstəsi haqqında məlumat vermişdi.
Xatırladaq ki, böyük ağ köpəkbalığı (insan yeyən köpəkbalığı) uzunluğu 4,6-4,8 metrə çatan dünyanın ən böyük yırtıcı balıqlarından biridir. Qatil balina isə öz növbəsində uzunluğu 10 metrə qədər böyüyür və mütəxəssislərin fikrincə, istənilən ölçülü balıqların öhdəsindən asanlıqla gələ bilir.
Nuranə Məmmədova