Avstraliyanın baş naziri Entoni Albanese Ukraynaya 32,5 milyon dollar vəsait ayırmaqla yardımın həcmini artıracağını açıqlayıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Hökumət başçısının ofisinin yaydığı bəyanatda qeyd edildiyi kimi, Kanberra silah və müdafiə avadanlığının alınması üçün Ukraynaya 50 milyon Avstraliya dolları, təxminən 32,5 milyon dollar qrant verəcək:
“Avstraliya Ukraynanı və onun cəsur xalqını dəstəkləməkdə sadiq qalır və hər bir suveren xalqın öz sərhədləri daxilində təhlükəsiz olmaq və öz gələcəyini təyin etmək hüququnun əsas prinsipini dəstəkləyir”, – deyə Albanese bildirib.
Avstraliyanın baş naziri həmçinin qeyd edib ki, Kanberranın Kiyevə göndərdiyi maliyyə və hərbi yardımın ümumi məbləği 960 milyon Avstraliya dollarını, yəni 625 milyon dolları keçir. Bu məbləğin 780 milyon Avstraliya dollarından çoxu, təxminən 510 milyon dolları silahların alınmasına xərclənib.
Bundan əlavə, Albanese xatırladıb ki, Kiyevə dəstək çərçivəsində Avstraliya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinə kəşfiyyat məlumatı vermək üçün “E-7 Wedgetail” uzunmənzilli radar və müşahidə təyyarəsi göndərib, həmçinin 100-dən çox hərbi təlimatçı yerləşdirib.
Yeganə