Avropol açıqladı! 23 həbs

103

Avropolun Balkanların ən böyük narkotik şəbəkəsinə qarşı keçirdiyi əməliyyatda 23 nəfər yaxalanıb.
Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyasında Serbiya, Hollandiya və Belçikanın təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilən əməliyyatda Balkanlarda ən böyük narkotik ticarəti şəbəkəsinin darmadağın edildiyi, 23 cinayət təşkilatı üzvü saxlanıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Avropoldan edilən yazılı açıqlamada, “Balkanların ən böyük narkotik ticarəti şəbəkəsi” olaraq xarakterizə edilən təşkilata aid 13-ü Serbiya, 7-si Belçika, 3-ü Hollandiya və Peruda olmaqla cəmi 23 şübhəlinin həbs edildiyi ifadə edilib.
Açıqlamada əməliyyatda 3 milyon avro ələ keçirildiyi və 2 milyon avro dəyərində 15 dəbdəbəli avtomobilin, çoxlu sayda silah və partlayıcı sursatın ələ keçirildiyi bildirilib.
Açıqlamada şəbəkənin 2020-ci ildə Avropa limanlarından ən azı 7 ton narkotik keçirməsi barədə məlumatlar yer alıb.
Belqradda Serb təhlükəsizlik qüvvələri tərəfindən tutulan təşkilatın liderinin “Balkanların qərbindəki ən böyük narkotik alverçisi” olduğu qeyd edilib.

Nuranə Məmmədova