Qərbin köməyi olmasa, Ukrayna Rusiyanın şərtləri ilə atəşkəs razılaşmasını qəbul etməyə məcbur olacaq. Elchi.az Bloombergə istinadən yazır ki, Avropa rəsmiləri münaqişənin sona çatması üçün belə bir ssenari haqqında danışıblar.
Agentlik yazır: “Vaşinqton və Brüsseldəki siyasi mübahisələrdə batmış 110 milyard dollardan çox yardımla Kiyevin nə vaxta qədər Rusiya qüvvələrini saxlaya biləcəyi və Ukrayna şəhərlərini, elektrik stansiyalarını və limanlarını raket hücumlarından qoruya biləcəyi şübhə doğurur.
Bloomberg aydınlaşdırır ki, həm Avropa İttifaqında, həm də ABŞ-da Ukrayna tərəfdarları yardımın 2024-cü ilin əvvəlində bu və ya digər formada təsdiqlənəcəyini iddia edirlər.
Havar Şəfiyeva