Avropada quraqlıq və susuzluq XƏBƏRDARLIĞI

72

Avropa ilk dəfədir ki, yay quraqlığından sonra böyük qış quraqlığı təhlükəsi ilə üzləşir.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, ötən il son 500 ilin ən quraq yayını keçirən Avropa qitəsi indi qış quraqlığı ilə üzləşib.

İqlim dəyişikliyinə görə, Avropada çox ciddi qış quraqlığının yaşandığına diqqət çəkən elm adamları, yağışların azalması və torpaq nəmliyinin azalmasının çox təhlükəli həddə çatdığınə qeyd ediblər. Avstriyanın Qraz Texnologiya Universitetinin yanvar ayında dərc etdiyi araşdırma da Avropanın 1918-ci ildən bəri quraqlıq içində olduğunu ortaya çıxarıb.

Qeyri-sabit vəziyyət

Tədqiqatda yeraltı su ehtiyatlarını təhlil etmək üçün peyk məlumatlarından istifadə edən alimlər qitədəki su vəziyyətinin hazırda qeyri-sabit olduğu qənaətinə gəliblər. Hesabatda tədqiqatçıların əldə etdikləri nəticələrdən olduqca təəccübləndikləri bildirilərkən, bu tədqiqatçılardan biri olan Torsten Mayer-Gürr fikirlərini bildirib:

“Avropada, xüsusilə Almaniyada və Avstriyada suyun problem olacağını heç vaxt düşünməzdim. Amma indi bizim su təchizatında problemlər var və risk barədə düşünməliyik”.

Suyun məhdudlaşdırılması üçün qanunvericilik

Son illərdə aparılan tədqiqatların demək olar ki, hamısında vurğulanır ki, quraqlıq və su qıtlığı insanların yaratdığı iqlim dəyişikliyi ilə bağlıdır. Almaniya, Avstriya, Fransa, İtaliya və İspaniya kimi ölkələrdə quraqlığın təsiri göllərin qurumasına və qrunt sularının azalmasına səbəb olduğu halda, Fransada 1959-cu ildən bəri ilk dəfə 32 gün ərzində yağıntı olmayıb. Rəsmilər Fransanın yaxın illərdə 40 faiz daha az su ilə yaşamaq məcburiyyətində qalacağı barədə xəbərdarlıq ediblər. 2022-ci ilin yanvarından bəri bütün İspaniya quraqlıq içində olduğu üçün İspaniya hakimiyyəti Kataloniyada su istifadəsini məhdudlaşdıran qanunlar qəbul edib.

Yeganə