Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysen və Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz Sizin və Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdi və Sizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.
Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirik və buna görə xoşbəxtik.
Siz haradasınızsa, qələbə də oradadır!
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.
Allah Sizi qorusun!
Dərin hörmətlə,
Aleksandr Şarovski
Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri,
Yevqeniy Brenneysen
Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədr müavini,
Şneor Seqal
Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini”.
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, İsveç...





















Son şərhlər