"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Avropa Parlamenti öz anti-Azərbaycan “ənənəsinə” sadiqlik nümayiş etdirir

17 Mart 2023 - 14:16
in Cebhe-banner, MANŞET, MÖVQE, ÖNƏMLİ, SİYASƏT
FacebookVatsap

Avropa Parlamentində 15 mart 2023-cü ildə xorvatiyalı deputat Jelyan Zbkon tərəfindən hazırlanmış “Avropa İttifaqı – Azərbaycan münasibətləri” adlı qətnamə qəbul edib. Ümumiliklə, AP-nin 705 üzvündən 50 nəfər lehinə, 6 nəfər əleyhinə, 4 nəfər isə bitərəf olmaqla cəmi 56 deputatın iştirakı ilə qəbul edilmiş bu qətnamə növbəti dəfə mövcud olan reallıqları hədsiz dərəcədə təhrif edilmiş şəkildə təsvir edir. Qətnamə ilə tanışlıqdan aydın olur ki, onun hazırlanmasında istisnasız olaraq Ermənistan kütləvi informasiya vasitələrindən və digər erməni mənbələrindən istifadə edilib. Bundan əlavə, sənədin ruhu və stili, orada “faktların” təqdim edilmə tərzi belə bir nəticəyə gəlməyə əsas verir ki, bu sənədin birbaşa müəllifləri ermənilər olmasa da, onun erməni lobbi təşkilatlarının təsiri altında olan insanların iştirakı ilə hazırlanması açıq-aşkar özünü büruzə verir.

Bunu da oxuyun

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Adı çəkilən qətnamədə diqqəti çəkən əsas ondan ibarətdir ki, Azərbaycana qarşı qərəzli mövqeyi daha tutarlı göstəmək üçün sənəddə insan hüquqları, media, siyasi məhbuslar, LGBTİQ+ hüquqları, qadınlara qarşı zorakılıq halları, Ermənistan-Azərbaycan münasibətlərindən tutmuş, Azərbaycanın Qərbə enerji nəqlinə qədər bütün məsələlərə dair müddəalar əks etdirilib və sənəd müəllifləri Azərbaycana qarşı geniş “imkanlara” malik olmağa çalışıblar. Qətnamə müəllifləri hətta yüksək səviyyədə riyakarlıq və qərəzlilik nümayiş etdirərək, Azərbaycanı “Ermənistanın suveren ərazilərini işğal” etməkdə və “2022-ci ilin sonundan Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi ilə mülki nəqliyyatın hərəkətinə maneə” törətməkdə ittiham ediblər. Lakin onlar 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olması, həmin ərazilərdə işğal dövründə Ermənistanın törətdiyi cinayətlər kimi faktları məqsədyönlü şəkildə diqqətdən kənarda saxlayırlar. Bununla yanaşı, qətnamədə “2022-ci ilin sentyabrında baş verən toqquşmalardan sonra çoxsaylı erməni hərbi əsirlərin fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qalması ilə bağlı iddialar ortaya” çıxdığını vurğulayırlar. Diqqətlə fikir verdikdə aydın görünür ki, qətnamə müəlliflərində bu barədə heç bir fakt yoxdur və odur ki, onu “iddialar” kimi qələmə vermək məcburiyyətində qalırlar. Sual olunur:

– Görəsən nəyə görə Avropa deputatları “erməni hərbi əsirlərin fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qalması ilə bağlı” iddiaları xüsusi olaraq vurğuladıqları halda, 2014-cü ildə öz evlərini ziyarət edərkən həbs edilmiş azərbaycanlı mülki insanlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüqununun təmin edilməsi və azadlığa buraxılması istiqamətində nəinki heç bir addım atmadılar, heç müzakirə belə etmək istəmədilər?
Mənin AŞPA-da və Avropa Parlamentinin təsisatı olan AvroNest PA-da bu məsələ ilə bağlı irəli sürdüyüm qətnamə lahiyələrini Avropa deputatları müzakirəyə çıxarmaqdan imtina etdilər. Burada suallar ortaya çıxır:

– Nə üçün Avropa Parlamenti Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilməsi ilə bağlı heç bir addım atmır, hətta qeyd edilən qətnamədə belə bu barədə susur?

– Nə üçün Avropa Parlamenti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlər, vandallıq aktları ilə bağlı İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş faktlarla bağlı susmaqda davam edir?

– Nə üçün Avropa Parlamenti Ermənistandan işğaldan azad edilmiş minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana verməsini tələb etmir?

– Nə üçün İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda istehsal edilərək qeyri-qanuni formada Azərbaycanın suveren ərazisinə gətirilən minaların dinc insanlar üçün ölüm kabusuna çevrilməsinə göz yumur?

– Nə üçün işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minaların yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olmasını görmür? … Suallar çoxdur, cavab isə aydındır.

Qeyd edilməlidir ki, Avropa Parlamentinin bir çox üzvləri müxtəlif erməni lobbi təşkilatlarının təsiri altındadırlar və bu təşkilatlar tərəfindən maliyyələşdirilirlər. Faktiki olaraq bu gün elə bir şərait yaranıb ki, Avropa Parlamentində siyasi korrupsiya özünün pik həddinə çatıb. Misal olaraq qeyd edilməlidir ki, 9 dekabr 2022-ci ildə Belçika polisi Avropa Parlamentində fəaliyyət göstərən korrupsiya şəbəkəsinin üzvləri olan bir neçə deputatı həbs etdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə göstərdi ki, Avroparlament korrupsiya və rüşvətxorluq yuvasına çevrilib. Bu isə, öz növbəsində, rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını göstərir.

Məlumdur ki, müxtəlif ölkələrdə mövcud olan zəngin erməni diaspor təşkilatları Avropa Parlamentində formalaşmış korrupsiya müühitindən yararlanaraq bu qurumda təmsil olunan deputatları faktiki olaraq cinayət əməlləri törətməyə təhrik edirlər. Odur ki, biz 30 illik dövlət müstəqilliyimiz dövründə Avropa Parlamentində obyektivlik nümayiş etdirən deputaların getdikcə azaldığını, bu qurumun qəbul etdiyi sənədlərin əsasən reallıqlardan uzaq olduğunun şahidi olmuşuq. Bu isə o deməkdir ki, Avropa Parlamenti və onun üzvlərini Azərbaycanın Qarabağ bölgəsində baş verənlər maraqlandırmır. Onları maraqlandıran öz himayədarları olan erməni lobbi təşkilatlarından aldıqları tapşırıqların yerinə yetirilməsidir. Beləliklə, Avropa Parlamentinin rəsmi sənədlərdə əks etdirilmiş məqsədləri bu qurumun üzv deputatları tərəfindən öz himayədarları olan müxtəlif erməni lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirmək ətrafında təmərküzləşir. Bu, hüququn aliliyindən danışan müasir Avropa üçün çox acınacaqlıdır, amma reallıqdır.

Yaxın keçmişdə mən özüm də Avropa Parlamentində mövcud olan bu reallıqla üzləşmişəm. AvroNest PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi 2012-ci ildə Avropa Parlamentinin prezidenti Martin Şultsa məktub ünvanlayaraq, ona Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bölgədə yaranmış mürəkkəb vəziyyətlə bağlı suallar ünvanlamışdım. Martin Şults mənim suallarımı cavablandırmaq və ya hər hansı bir müzakirə etməyin zəruri olması təklifi əvəzinə, o, xüsusi bir biganəlik və soyuqqanlılıqla cavabında yazmışdı ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini özləri həll etməli və aradan qaldırmalıdırlar. Cənab Şults məqsəqyönlü şəkildə öz cavabında Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından mövcud beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini “unutmuşdu”. O, öz cavabında işğalın aradan qaldırılmasından ümumiyyətlə danışmaq belə istəməmişdi, bu problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmışdı.

Hazırda Azərbaycan öz torpaqlarını işğaldan azad edib, münaqişənin sona çatmasını təsdiqləyən üçtərəfli bəyanat imzalanıb, Ermənistan və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində biri-birinin ərazi bütövlüyünü tanıyıb, çətinliklə də olsa, tərəflər arasında müxtəlif platformalarda və müxtəlif səviyyələrdə danışıqlar prosesi mövcuddur. Avropa Parlamentinin bir qrup üzvü Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması və s. kimi bölgədə sülh və sabitliyə xidmət edəcək məsələləri təşviq etmək əvəzinə, təəssüf ki, yenə də özünün anti-Azərbaycan ritorikasından əl çəkmir, ölkəmizə qarşı qərəzlilik və riyakarlıq “ənənələrinə” sadiqlik nümayiş etdirir.

Uzun illər beynəlxalq təşkilatlarda, AŞPA-da, Avropa Parlamentində, AvroNest-də, ATƏT-də və onun Parlament Assambleyasında fəaliyyətim dövründən belə qənəatə gəlmişəm ki, Azərbaycan onlardan heç bir müsbət gözlənti gözləməməlidir. Onlar istədiklərinə nail olmaq üçün hər şey etməyə qadirdirlər. Düşünürəm ki, belə qətnamələrə kağız tullantıları kimi baxmaq lazımdır.


Elxan Süleymanov
AVCİYA prezidenti

Previous Post

Avropa Parlamenti öz anti-Azərbaycan “ənənəsinə” sadiqlik nümayiş etdirir

Next Post

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Bənzər yazılar

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00

“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala,məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün özmüstəqil...

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54

Macarıstandakı "Pakş" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Elchi.az xəbər verir ki,...

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Next Post
Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.