Avropa İttifaqına üzv ölkələr Fələstinin statusu ilə bağlı mövqelərinə yenidən baxmalı və onu ayrıca dövlət kimi tanımalıdırlar. Elchi.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) İspaniyadan olan üzvü Ana Mirandanın Aİ Şurasına müraciətində deyilir.
Millət vəkili “Fələstinin Aİ-na üzv dövlətlər tərəfindən təcili tanınması” müraciəti çərçivəsində Aİ-na üzv dövlətləri yeni mövqe tutmağa çağırıb. “İsrailin Qəzza zolağına təcavüzünün başlanmasından bu yana olan məlumata görə, 15 523 fələstinli həlak olub, 42 000 fələstinli isə yaralanıb”, – deyə o xatırladıb.
Bu dəhşətli soyqırımı qarşısında və sülh prosesini inkişaf etdirmək üçün Avropa İttifaqı yeni mövqe tutmalı və Fələstin Dövlətini tanımalıdır. Qeyd edək ki, bu günə qədər 27 üzv dövlətindən yalnız 10-u Fələstini dövlət kimi tanıyıb.
Havar Şəfiyeva