Avropa İttifaqı İranı ölüm hökmünü ləğv etməyə çağırır

34

Avropa İttifaqı (Aİ) İranda Britaniya əsilli iranlı Əlirza Əkbərinin edamını qətiyyətlə pisləyir və istənilən şəraitdə ölüm hökmünün tətbiqinə qarşı olduğunu bir daha bəyan edir.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Aİ-nin İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbərinin Böyük Britaniyaya casusluq ittihamı ilə edam edilməsi ilə bağlı bəyanatında deyilir.

“Avropa İttifaqı cənab Əkbərinin ailəsinə başsağlığı verir və Böyük Britaniya ilə tam həmrəy olduğunu bildirir. Avropa vətəndaşının edam edilməsi Aİ-nin yaxından izləyəcəyi dəhşətli presedentdir.

Ölüm cəzası Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş ayrılmaz yaşamaq hüququnu pozur və qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəzanın ən yüksək formasıdır.

Avropa İttifaqı İranı növbəti edamlardan çəkinməyə və ölüm hökmünün ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır”, – deyə Aİ-nin bəyanatında deyilir.

Yeganə