“Avropa ilə yeni vətən müharibəsi başlayıb”- Medvedyev

40

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbi Avropanı “Rusiya ilə savaşanların varisi” adlandırıb.

Elchi.az xəbər verir ki, Medvedyev Avropa ilə yeni Vətən müharibəsinin başladığını deyib.

“Ukronasistlər və Qərbi Avropa Rusiyaya qarşı vuruşanların birbaşa varisləridir. Müharibə buna görə də onlarla yeni bir vətən müharibəsinə çevrilib. Qələbə bizim olacaq. 1812 və 1945-ci illərdə olduğu kimi”, – Medvedyev yazıb.

Yanvarın 20-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qeyd edib ki, Rusiya sona qədər döyüşməyə öyrəşib, ona görə də Ukraynanı silahlandırmaqda davam etmək lazımdır.(Azpost.info)