ABŞ, NATO çərçivəsində müttəfiqlik sazişlərinə baxmayaraq, Rusiya və ya hər hansı digər əsas rəqiblə genişmiqyaslı müharibənin şiddətləndiyi təqdirdə Avropaya kömək etməyəcək.
Elchi.az xəbər verir ki, bu fikri Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger “The Financial Times”a müsahibəsində bildirib.
“ABŞ Avropadan daha çox Asiya-Sakit Okean regionuna diqqət yetirir” – deyən sahibkar Asiyada silahlı münaqişə başlayarsa, “Ağ Evin diqqətini buna yönəldəcək və Avropa tamamilə tərk ediləcək”- deyə qeyd edib. Qeyd edək ki, bundan əvvəl silah konserninin rəhbəri Avropa İttifaqı ölkələrini milli sənaye liderlərinin üstünlüklərindən imtina etməyə və ABŞ-dan olan rəqiblərlə rəqabət aparmaq üçün daha böyük ixtisaslaşmış hərbi sənaye qrupları yaratmağa çağırıb.
Havar Şəfiyeva