ATƏT Ukraynanın istəyinə qarşı çıxdı

62

ATƏT-in baş katibi Helqa Şmidt Ukraynanın Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı çağırışına qarşı çıxıb.

Elchi.az xəbər verir ki, Şmidt bu barədə mediaya müsahibəsində deyib.

“Hesab edirəm ki, Rusiyanın ATƏT-in üzvü olaraq qalması məntiqlidir. Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq. ATƏT yeganə təhlükəsizlik təşkilatıdır ki, burada Avropa təhlükəsizlik arxitekturası üçün əhəmiyyət kəsb edən hər kəs bir masa arxasında oturur”, – o bildirib.