"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Astanada İlham Əliyevlə Vladimir Putin arasında görüş oldu – YENİLƏNİB

13 Oktyabr 2022 - 20:37
in DÜNYA, GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Elchi.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin deyib:

  • Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar.

Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.

Prezident İlham Əliyev deyib:

  • Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə
  • müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.

Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.

Prezident Vladimir Putin: Sağ olun.


18:03

Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı (AQEM) çərçivəsində görüş keçirilir.

Elchi.az xəbər verir ki, məlumatı Rusiya KİV yayıb.

Previous Post

Astanada İlham Əliyevlə Vladimir Putin arasında görüş oldu – YENİLƏNİB

Next Post

Əfsanəvi futbolçu Bakıya gəldi

Bənzər yazılar

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Şimal axını" boru kəmərinin partladılması əməliyyatının planlanması və ya həyata keçirilməsində iştirakı yönündəki iddianı təkzib...

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06

İranın ABŞ bazalarına zərbələrindən sonra ABŞ Fars körfəzindəki hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir. Elchi.az -ın verdiyi məlumata görə, bu...

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31

Pakistanın ordu komandanı Asim Munirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti avqustun 24-də Tehrana səfər edəcək. Elchi.az xəbər verir ki, bu...

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00

Almaniyanın xarici işlər naziri İohann Vadeful Kiyevə səfər edib. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər zamanı...

Next Post
Əfsanəvi futbolçu Bakıya gəldi

Əfsanəvi futbolçu Bakıya gəldi

Əfsanəvi futbolçu Bakıya gəldi

Əfsanəvi futbolçu Bakıya gəldi

Son xəbərlər

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16
Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13
FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23 Avqust 2026 - 17:03
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

23 Avqust 2026 - 16:57
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.